Salamlar steemit ailəsi, necəsiniz?
Təsadüflərə inanırsınız? Həyatımızda baş verənlər sizcə böyük bir təsadüftənmi ibarətdir?
Biz insanlar həyatı içindən seyr etdiyimizə görə bizə hər şey ani görsənir, keçmişin bugünlə, bugünün gələcəklə olan əlaqəsini görə bilmirik. Həyata yüksəkdən və kənardan baxa bilsəydik, atrafımızda baş verənlərin həmahəngliyini, nizamı və mənanı görərdik.
" Təsadüf deyə bir şey yoxdur, hər şeydə bir məna vardır." Hər birimiz həyatımızı səhifələsək, tanışlıqlarımıza, baş verən hadisələrə diqqət etsək, sonra da bütün bu hadisələri bir-birilə əlaqələndirsək, o zaman onların hamsının arasındakı rabitəni görərik. Müəyyən bir hadisə ilə üzləşən zaman ilk öncə bunun nə anlama gəldiyini və səbəbini bilmir, hətta etiraz edib, taleyimizdən küsdüyümüz anlar belə olur. Ancaq bir müddətdən sonra onun faydasını və başqa bir mühüm hadisə üçün bir başlanğıc olduğunun şahidi oluruq. Həqiqətdə həyatımızın hər bir səhifəsində baş verənləri digər səhifədəki hadisələrlə əlaqələndirən bir qüvvə vardır.
Biz insanlar yalnız bu günlə yaşayır və yalnız bu günə baxırıq. Bu səbəbdən də baş verənlər arasında əlaqəni olub-keçənlərin faydasını anlaya bilmirik.
Belə steemit ailəsi, hələlik))
Tamamilə razıyam bu fikirlə. Məncə də təsadüf yoxdu. Hərşey olmalı olduğu kimi, olmalı zamanında baş verir. Sadəcə hərdən ilk başlarda bizə xoş gəlmir deyə təsadüf deyirik yəqin.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤝🏻🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit