Ukrayna bu gün

in hive-131355 •  3 years ago 

Hər vaxtınız xeyirli olsun. Kimliyindən asılı olmayaraq, haqqın yanında olan hər bir kəsə salamlar olsun.

6q.jpgphoto
Ukrayna bu gün tarix yazmaqdadır. Öz Azadlığı üğrunda mübarizə aparır. Ukrayna xalqı öz vətənlərini, azadlığıni, dövlətçiliyini necə müdafiə etmək lazım olduğunu dünyaya bir dərs keçməkdədir. Rusların bu işğalçılıq siyasəti nəticəsində minlərlə insanlar həyatlarını itiriblər. Bütün dünya insanları, Rusiyanın bu siyasətini lənətləyir. Ukrayna xalqı çox mərd, cəsur, düz, halal, igid və qorxmaz bir xalqdır. Onlar haq yoldadır. Qonşun namərd oldusa, gərək çox ehtiyatlı olasan. Bizim də belə bir qonşumuz var. Ukrayna dünyanın ən böyük ordusu ilə üzbəüz dayanıb. Lakin Allah haqqın yanındadır.
1609953529_ukraina_ordusu.jpgphoto
Bütün dünya bu gün Ukraynadan danışir. Bu müharibə Rusiyanın iç üzünü ortaya qoydu. Bütün dünya Rusyanın şeytana xidmət etdiyini görür. Elə dövlətlər var gözü ilə görüb haqqı danırlar. Bizdə bir söz var, "gözü ilə görən".... Bu dəfə Rusiya öz tamahkarlığı və işğalçılıq siyasəti nəticəsində özünü tələyə saldı. "Allah oyun quranların ən yaxşısıdır", Quran'i Kərim buyurur. Bu müharibə Rusiyanın sonunu gətirəcək, İnşallah.

be83ff93-8655-4733-9129-6de214d9b8b4.jpg
Photo

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Əlində əlac olsaydı gedib şəkilləri orda çəkib gələrdin.