Hər vaxtınız xeyirli olsun. Haqqın yanında olan hər bir kəsə salamlar olsun.
Bütün insanların əziyyəti, zəhməti axır burdan keçib gedir. Kiminin farfordan, kiminin də qızıldan unitazı var. Nədən olur olsun, bir məqsəd üçün istifadə olunur. Unitaz 1596-cı ildə İngiltərədə icad olunub. Saray şairi Con Harinqton tərəfindən icad olunmuş ilk unitaz I Elizabet üçün "Richmond" iqamətgahında quraşdırılmışdır. Müəllif öz ixtirasına "Ayaks"adını vermiş, "Ayaksın metamorfozaları" adlı kitab da yazmışdı.
1883-cü ildə oturacaqlı unitaz yarandı və kütləvi istehsal olunmağa başladı. 1884-cü ildə London Beynəlxalq Sağlamlıq Sərgisində "Unitaz" adı verildi, və bu təşkilat tərəfindən qızıl medal aldı. Sonralar müxtəlif formalarda unitazlar istehsal olunmağa başladı. Hal hazırda demək olar ki, dünyanın hər yerində istifadə olunur. Bütün insanlar, kimliyindən asılı olmayaraq, hər gün bir dəfə də olsa bu kresloda əyləşməyə məcburdur.😃
Şəkil çəkəndə yoxladın? Tam oturdu? Səsi zadı kənara vermir?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Haqqın yanında olanlara Salam olsundan sonra içinə zad ediləcək şeydən mövzu açmaq, başqa zəkadı. Deyəsən mövzuların hamısı "çeynənib" uje "həzmə" çatımışıq.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit