Xoşbəxtlik

in hive-131355 •  3 years ago 

Hər vaxtınız xeyirli olsun. Kimliyindən asılı olmayaraq, haqqın yanında olan hər bir kəsə salamlar olsun. Cümə gününüz mübarək olsun. Canınız sağ, cibiniz də dolu olsun.

777706.jpgphoto
Həyatda xoşbəxtliyi hər bir çür götür, bir cür yaşayır, bir cür başa düşür. Mən də başqa cür başa düşürəm. Həyatda xoşbəxt anlar olur. Hərdən biri deyir ki, filan illərdə xoşbəxt idim. Ancaq soruşsan ki, "xoşbəxt idim" deyəndə nəyi nəzərdə tutursan, cavab verəndə görürsən ki, hansısa o ilərdə yaşadığı bir neçə anı danışır. İnsan var xoşbəxtliyi yeməkdə görür. Deyir ki, yaxşı yeyib-içmək olanda özümü dünyanın ən xoşbəxt adamı sayıram. Adam da var, özünü hər zaman xoşbəxt görmək istəyir. Hərə bir cür baxır bu xoşbəxtliyə. Adam başa düşə bilmir ki, bu arzularını deyir, ya xoşbəxt yaşamaq istəyir. İnsanlar artıq bilmirlər xoşbəxtlik nə olan şeydir. İnsanlar var xoşbəxtlik cildinə girirlər. Ozlərini xoşbəxt kimi görsərirlər, ancaq əslində isə bədbəxtdir. Yorulur bu xoşbəxtlik rolunu oynamaqdan.

images (9).jpegphoto
Hayatda ən xoşbəxt körpə uşaqlar olur. Bu xoşbəxtlik əsl xoşbəxtlik sayılır. Cünki bu xoşbəxtliyi körpələrə Allah verir. Artıq böyüyəndə o xoşbəxtliyi özün qurmalısan. Hər bir insanın xoşbəxt anları olur, sadəcə o anların kimdə az, kimdə çox olmasında fərq olur. Hər bir şey insanın ağlına bağlıdır. Ağıl imkan yaradır ki, xoşbəxt ola biləsən, sadəcə düzgün istifadə etmək lazımdır. Ancaq bir də görürsən ki, xoşbəxt olmağa ağılın da gücü çatmır. Bir də görürsən ki, biri bərk xəstədir, deyir ki, sagalsaydim dünyanın ən xoşbəxti olardım. Elə insanlar var o anları yaşamaq üçün yaşayır. Elə insanlar da var ki, hansısa arzusuna çatmağı və arzusuna çatanda necə xoşbəxt olacağını xəyal edir.

55e6b2.jpgphoto
Çox qəribə hissdir bu xoşbəxtlik. Bir də var, ailə xoşbəxtliyi. Ailə xoşbəxtliyinin ən gözəl vaxtı, bütün ailə bir yerdə olanda olur. Yəni ata, ana, bacı, qardaş bir evdə yaşadıqları dövrdə ailə xoşbəxtliyinin anları çox olur. Bizdə necədir, "xoşbəxt" sözü adətən evlənənlərə, nişan, olanda, yəni toy söhbətlərində çox istifadə olunur. Hər kəs deyir ki, Allah xoşbəxt eləsin. Hərə xoşbəxtliyə öz baxışları ilə baxır. Əslində əsl xoşbəxtlik bunların heç biri deyil. Əsl xoşbəxtlik başqa cür olur. Xoşbəxt olmaq üçün, ən əsas odur ki, xoşbəxt olmaq haqqında düşünmək, arzulamaq, istəmək lazımdır. Ağıl + sağlamlıq + pul = xoşbəxtlik. Bunlardan biri olmasa insan xoşbəxt ola bilməz. Allah hər birimizi xoşbəxt eləsin.

image_750x_5e78e772638e1.jpg
Photo

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Həmişə pozitiv!