Salam dostlar. İmtahanlarım səbəbilə hər gün post yazsamda, göndərməyə vaxtım olmurdu. Amma artıq bitdiyinə görə yazdığım postları bir gündə göndərmək qərarına gəldim. Bugün Sizinlə bir filmi paylaşmaq istəyərdim.
şəklin linki
Filmin adı Forrest Gumpdır. Çox qəribədir ki, mən bu filmə hələ indi baxıram və bu qədər zaman baxmadığım üçün də peşmançılıq keçirirəm. Filmə baxdıqdan sonra, düzünü desəm, bir neçə gün maraqlı film tapmaqda çətinlik çəkdim.
Filmin hekayəsi aşağı İQ səviyyəsinə sahib olan Forrestin uşaqlığı ilə başlayır. Çox çətinliklərdən sonra bir məktəbə qəbul edilməsi ilə, həyatını dəyişdirəcək insanlarla qarşılaşan Forrestin bu şansı həyatı boyunca davam edər və onu macəra dolu bir çox hadisənin içərisinə daxil edər. Həyatı onu hara götürürsə götürsün o sevdiyi qız olan Jennydən ayrıla bilmir və hər dəfə Jennyə dönüşü arasında keçən vaxt dilimində nələr yaşadığı filmdə gözəçarpar şəkildə göstərilmişdir.
Qısaca Forrest Gump filmi aşağı zəkaya sahib bir insanın həyata necə bağlandığını və ümidsizliyə əsla yer olmadığını anladan bir filmdir.
Mary