Salam dostlar, hər vaxtınız xeyir, ümid edirəm hər birinizin əhvalı yaxşıdır. Bildiyiniz üzrə bugün 31 oktyabr Halloween bayramı günü kimi qeyd olunur. Sizə Halloween'in ümumiyyətlə nə olduğu və necə keçirildiyi haqqında qısa məlumat vermək istəyirəm.
Halloween uşaqların qapı-qapı gəzərək şirniyyat və cib pulu yığdıqları və çox vaxt qorxunc kostyumlar geyindikləri bayramdır. Digər Halloween qeyd etmələrinə qorxu filmlərinin nümayişi və lənətli olduğu güman edilən evlərə gəzintilər də daxildir. Amerikada çox böyük və möhtəşəm bir festival olan Halloween Amerika mədəniyyətinin təsiri ilə digər Qərb ölkələrində də yayılmaqdadır.
Halloween bayramının mənşəyi 2000 il əvvəl qədim Kelt bayramı olan Samhain ilə bağlıdır və bu festival oktyabrın 31-də qeyd olunur. Keltlər ölülərin həmin gecə yerə qayıtdığına inanırdılar və buna görə də ruhlardan qorunmaq üçün tonqallar yandırır və kostyumlar geyindirirdilər.
Halloween-in simvolu gülümsəyən balqabaqdır. Balqabağın içi boşaldılıb gülən üz formasında oyuduqdan sonra içərisinə şam yandırılır.
Əsasən 31 oktyabrda bəzi yerlərdə Halloween partiləri keçirilir (Azərbaycanda da belə yerlər var) və qonaqlar ruh, vampir və ya qorxu filmi xarakterləri kimi kostyumlar geyinirlər.
Oxuduğunuz üçün təşəkkürlər,