kitab məsləhətim

in hive-131355 •  3 years ago  (edited)

Salamlar dostlar. Ümid edirəm gününüz yaxşı və maraqlı keçib. Bu gün sizlərə bir kitab tövsiyəsi etmək istəyirəm.
Normalda o qədər də bədii kitab oxumuram, son zamanlar daha çox şəxsi inkişaf kitablarına üstünlük verirəm. Lakin təqribən 1 həftə əvvəl yadıma düşdü ki, Jane Austenin “Qürur və Qərəz” adlı klassikasını hələ də bitirməmişəm (mən kitabı yarımçıq qoymağı xoşlamıram). Ona görə də gündə 30-40 səhifə oxuyaraq bitirdim bir neçə gün içində. Kitabı oxuyarkən anladım ki, Jane Austenin çox yaxşı yumor hissi var, çünki Bennet ailəsi nə qədər məni xəyal qırıqlığına uğratsa da, eyni zamanda məni güldürürdülər ( xüsusilə baş qəhrəmanın anası). Onlar möhtəşəm bir ailə deyildilər, lakin bir-birilərini qeyd-şərtsiz sevirdilər, eynilə bizim ailələrimiz kimi.
Sizə kiçik bir tövsiyəm var, klassik kitab oxuduqda klassik musiqilərə də qulaq asa bilərsiniz, bu mənim fokuslanmağımı asanlaşdırır və özümü daha çox hekayənin içində hiss etməyimə yardım edir.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!