İnkişafınızı izləmək üçün 5 asan yol

in hive-131355 •  3 years ago  (edited)

Salamlar dostlar. Ümid edirəm hər birinizin günü xoş keçir. Bugün sizə inkişafınızı izləmək üçün araşdırdırıb öyrəndiyim üsullardan bəhs edəcəyəm.

progress.png
şəklin linki

  1. Günlük tutun.
    Hər günün sonunda 5 dəqiqə boyunca günlüyünüzə yazın. Hər həftənin, ayın,ilin sonunda günlüyünüzə baxın və nələrə nail olduğunuzu düşünün.

  2. Kiçik uğurları qeyd edin.
    Çox vaxt məqsədlərimizə nail olmağın nəticəsini görmürük. Motivasiya olmaq və prosesdən ləzzət almaq üçün məqsədimizə gedən yoldakı küçük qələbələri qeyd etmək önəmlidir.

  3. Applikasiya istifadə edin.
    İnkişafınızı izləmək üçün çoxlu applikasiyalar mövcuddur. Mənim ən sevdiklərimdən biri olan Notion proqramını misal gətirə bilərəm.

  4. Mükafat sistemi təyin edin.
    Bu yuxarıda qeyd etdiyim kiçik qələbələri qeyd etməklə çox yaxındır. Müəyyən səviyyəyə çatdığınızda bir mükafat təyin edin özünüzə. Bu üsul sizin motivasiya səviyyənizi yuxarıda saxlamağa kömək edəcək.

  5. Tez-tez yenidən qiymətləndirin.
    Məqsədlərinizi tez-tez gözdən keçirin. Kiçik addımlarınızın böyük məqsədlərinizə xidmət etdiyinə əmin olun.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Məncə də gözəl motivasiya olar.👍