Salam dostlar. Hər vaxtınız xeyir. İllərdir necə daha effektiv işləyə bilərəm, fikrimin yayınmasının qarşısını necə ala bilərəm deyə araşdırmalar edirəm. Və qərara aldım ki, eşitdiyim, tətbiq etdiyim və işə yarayan üsulları sizlərlə bölüşüm.
Birincisi yəqinki çoxlarınızın eşitdiyi pomodoro üsuludur. Və tətbiqi çox sadədir. Sadə bir zamanlayıcı təyin etmək və özünüzü o vaxt üçün bir tapşırığa həsr etmək iş axınınızı tamamilə dəyişəcək. 25 dəqiqəlik bir taymer təyin edin, və bu müddət ərzində yalnızca bir tapşırıq üzərində işləyin. Sonra 5 dəqiqə fasilə edin. Və bunu beləcə təkrarlayın.
- Prioritet işlər siyahısı:
Mən görüləcək işlər siyahısı yaratmağı çox sevirəm (bununla bağlı bir post paylaşmışam) amma bu işlər yığılıb qarışıqlığa çevrilə bilər. Ona görə də , ən önəmli görüləcək işi siyahının ən başında yazın və onu bitirənə qədər başqasına keçməyin. - 5 dəqiqə qaydası:
Bir çoxumuz üçün hər hansı görülməli işin ən çətin yanı ona başlamaqdır. Buna görə də, çəkinib etmədiyiniz bir iş üzərində 5 dəqiqə boyunca çalışın . Əgər 5 dəqiqədən sonra dayanmaq istəyirsinizə, dayana bilərsiniz. (Çox zaman davam edəcəksiniz).
- Diqqət yayındırıcıları aradan qaldırmaq:
2021-ci ildə diqqətin yayınması ən çox məhsuldarlığı öldürən şeydir.
İlk olaraq, sizin üçün əsas diqqət yayındırıcıların nə olduğunu müəyyən edin. Və çalışdığınız zaman onları aradan qaldırmağa, uzaqlaşdırmağa səy göstərin.
Hər kəsə xoş günlər arzulayıram
Maraqlı məlumatdı. Sınamağa dəyər deyə düşünürəm 😉👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit