Salam dostlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm, gününüz xoş keçir. Bugün sizinlə planlama ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Mən hər planımı beynimdə saxlamağa çalışan birisi olduğum üçün günün sonunda onların çoxu yaddan çıxır, ya da heç birini etməyə həvəsim olmur. Ona görə də şəkildə gördüyünüz kimi bir plan dəftəri aldım. Belə dəftərlərdə günlük planlarınızı siyahı formasına sala bilərsiniz və hər işinizi gördükcə, onun üzərindən xətt çəkib, siyahıdan çıxarmağın verdiyi zövq sizi həmin işi görməyə təşviq edəcəkdir. Üstəlik dəftərin üst hissəsində günlük nə qədər su içdiyinizi və həmin gün əhvalınızın necə olduğuna yaza bilirsiniz (əslində həmişə su içmək yadımdan çıxdığı üçün, bu işimə yaradı). Əgər planlarınızı kağızda yazmaq istəmirsinizsə, Notion adlı bir proqram var ki, orada günlük, aylıq planlarınızı, oxumalı olduğunuz kitabları və s. hər birini qeyd edə bilərsiniz.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!