Bu dəfəki əsərimiz Xalid Hüseyninin qələmə aldığı “və dağlardan səda gəldi” əsəridir.
Xalid Hüseyni dünyada ən çox sevilən və oxunan yazıçılardan biridir və bu əsəri 70-dən çox ölkədə satılmışdır. Əsər kiçik qardaş və bacını bir-birindən ayrı salacaq taledən danışır. Hansı ki, onlar bir-birlərinə qardaş və bacıdanda ötədirlər. Bacısına qardaşdan çox valideyin olan Abdulla, Pəri uğrunda canından belə keçməyə hazırdır. Ancaq, vaxt gəlir onlar bir-birlərindən ayrı düşürlər.
Onlar ayrı-ayrı mühitlərdə böyüməyə məcbur edilsələr belə sonda bir-birlərinə gec olsada qovuşurlar.
Kitabın üzərində olan “lələk” şəklinin mənası isə əsərdə çox böyükdür. Hansı ki, Pəri hər dəfə “lələklər” gördükdə ona çox doğma olan Abdullanın(onu tam xatırlamasa belə) xatirəsini yadına salır.
Əsər biraz qarşıq olsada möhtəşəmdir.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!