Gecəniz xeyir. Hər kəs suyun yaşadığımız bu kainatda nə qədər önəmli olduğunu bilir. Su həyatdır, su dörd ünsürdən biridir. Yer kürəsinin 4/3-ü sudur. İnsan orqanizminin 70-80%-i də sudur. Bildiyiniz kimi indiki suların insana ancaq ziyanı var. Təbii suya ehtiyacımız var, lakin hardan tapaq bu təbii suyu?
photo
Azərbaycanda təbii bulaqlar çoxdur, lakın bu bulaqların hamısının suyu faydalı deyir. Bəzi bulaqlar var ki, tərkibi çox zəngindir. Çox az kənd və rayon olar ki, orda gözəl bulaqlar olmasın.
photo
Fikir vermisinizsə, harada gözəl və tərkibi minerallarla zəngin olan bulaqlar varsa, orada insanlar uzun ömürlü olur. Su insan sağlamlığı üçün ən mühüm yerdədir. Nağıllarda olduğu kimi dirilik suyu varmış. Bu həqiqətən də belədir.