Məktub

in hive-131355 •  2 years ago  (edited)

photo_2022-12-27_14-30-48.jpg

Və tanrı hüzünlü qadınların gülüşündə gizlətdi ay işığını. Bir qız vardı. Depressiyada olub çıxmağa çalışan ancaq bacarmayan. İnsanların çoxu belədir bəziləri depressiyada olduğunun fərqində olsalar da, bəziləri heç vaxt bilmir. Bir çox insan seçmədikləri halda özlərini çətin bir həyatın ortasında tapırlar. Əllərindən gələni etsələrdə bəziləri çətinliyin öhdəsindən gələ bilmir. Sanki bu cümlə o qız üçün yazılmışdı. O sanki yalnızlığı təmsil edirdi, yaxşı olmaq kimi niyyəti yox idi özlüyündə yaxşı idi. Amma bilirsiz də yaxşılar çox zaman əzilib, qırılıb, sevilməyib. Zatən sevgiyə də inan biri deyildi o qız. Onun adı A idi. Pişikləri, kitabı, musiqiləri sevirdi, insanları yox. Həyatdan bezmişdi. O qədər bezmişdi ki, doğulduğu günə belə nifrət edirdi. Nihilist düşüncəyə sahib olanlardandı. A'nın çox rəngarəng həyatı da yox idi, daimi getdiyi yerlər "book&cafe", park və ev idi. Hər zaman hisslərini gizlədirdi, çünki insanlar tərəfindən qırılmaqdan qorxurdu bu da onda özgüvən əksikliyi, anksiyete yaratmışdı. Bu dünyada yerinin olmadığını düşünürdü amma bilmirdi ki, özü bir dünyadı ( ən azından bəziləri üçün bir dünyaydı). Fərqli idi insanlara görə adı ilə, düşüncəsi ilə, davranışı ilə. Alınqan tərəfi basqın idi: alınqanlıq çox qadının ortaq özəlliyi olmasına baxmayaraq ona fərqli hava qatdığını bilmirdi, zatən alınqan olduğunu, mehriban davrandığı bəzən gizlədib boynuna almırdı. Çox düşünməkdən həyatını sanki bloklamışdı, hər şeyin sonunu düşünürdü bu isə ona üzüntüdən başqa bir şey gətirmirdi, hər şeyin anlamının indi olduğunu, anı yaşamağın nə qədər gözəl olduğunu, bitdi deyə üzülməməyin yaşandı deyə sevinməyin nə qədər gözəl olduğunu hələ də anlamaq istəmirdi. Davamlı olaraq " anladım, bildim" kimi sözlər işlədərək ünsiyyətdən qaçır, çox düşünməyi danışmaqdan üstün tuturdu. Acılarını, pis gün keçirtdiyi vaxtları heç kimlə bölüşməzdi, çəkilib qaranlıq bir yerdə ya da evində tənha ağlayaraq dərmanı göz yaşlarında tapırdı. Yarasının o qədər dərin olduğunu düşünürdü ki, artıq dibində boğulmağa başlamışdı. Hisslərini gizlədib özünü daşlaşmış kimi göstərirdi amma fərqində belə deyildi necə həssas olduğunun. Bilmirdi ki, necə gözəl gülüşə, xarakterə, qəlb isidici şirin səsə, duru gözəlliyə sahibdir. Tanrı bizə kiçik günəş göndərmişdi amma o qaranlığı üstün tuturdu. Burdan A'ya səslənirəm nə olur olsun xoşbəxt olmağı bacar, çünki şərtlərin bizi tam təmin edəcəyi anlar çox azdı. Bir gün tarix olacaqsan ancaq tarixi biri deyil. Həyatdakı xoşbəxtliklər kiçik anlarda gizlənib anı yaşa, xoşbəxtliyi daxilində axtar qıraqda yox çünki ən uzun yollar insanın daxilində olur. Hər şey sevgi olamaya bilər amma sevgi hər şeydir. Sev ki, seviləsən onda həyatın bir anlamı, ahəngdarlığı olacaq sənin üçün sadəcə inan buna. Mən qüsursuz bədən axtarmağı dayandırıdığımda gözəl qəlb tapdım doğru zamanda yalnış insan olaraq. Və yalnış insan mən idim sən yox. Üzülməyi burax gülümsə çünki sənə çox yaraşır hər şey kimi. Gözəl olan hər şey sənin bir parçandı bunu unutma. Və sonda əgər cənnət varsa təkrar görüşəcəyimizi bil, əgər yoxdursa səni tanımaq cənnət kimi idi...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!