Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
Bu şəkilləri çoxdan çəkmişəm. Sumqayıt şəhərində "karvan" deyilən yerdə çəkmişəm. Bu şəkilləri çəkərkən satıcı qız dedi ki, niyə çəkirsən bu şəkilləri? Mən də dedim ki, icazə almışam. Sadəcə xoşuma gəldiyi üçün bu şəkilləri çəkdim.
Bu kuklalar bir-birinə çox bənzəyir. Bəlkə də əkizdirlər. Bircə onu bilirəm ki, bu kuklalar müştəriləri cəlb edir. İçəri girən birinci bu kuklalara sarı gedir. Mən özüm də elə oldum. İçəri girən kimi özümdən asılı olmayaraq düz kuklalara sarı getdim.