Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
Photo
Qaynana ilə gəlin münasibətləri o yerə gəlib çıxıb ki, axırda kino da çəkilib. Çox nadir hallarda qaynana ilə gəlin mehriban olurlar. Niyə qaynana ilə gəlin münasibətləri hər zaman pis olur. Bu məsələni hərə bir cür izah edir. Mənə elə gəlir ki, ana oğlunu gəlinə qısqanır, ya da oğlu anaya diqqətini azaldır. Ana da bütün bunları həzm edə bilmir, heyfini gəlindən alır.
photo
Rəhmətlik Nəsibə Zeynalova qaynana obrazını elə gözəl oynayıb ki, bir çox qaynanalar dərsini götürüb. Boşanma hadisələrinin 50%-nin səbəbkarı qaynanalar olur. Qaynana qızının ailə işinə qarışmasa yaxşı olar.