90'lara səyahət :)

in hive-131355 •  3 years ago 

Hər kəsə salam. Bu gün, nəhayət, həftə sonu dərslərin olmamağından fürsət tapıb, uzun müddətdir getmək istədiyim məkana baş çəkdim. Düzü, bir ildən çoxdur kəşf etmişəm, amma kiminlə gedəcəyimi bilmirdim. Və bu qərarsızlığa son qoyub, tək getdim.)

20211030_164204.jpg
İlk dəfədir getməyimə baxmayaraq, elə bir abu-havası var idi ki, sanki daha əvvəllər də burada olmuşam. Fərqli interyerə sahib, səs-küydən uzaq bir məkan... Fikrimcə, məkanın ən gözəl və rahat yerlərindən birinə əyləşmişdim.😁Musiqilərinə isə söz ola bilməz. İnsanın ruhunu oxşayır😇
Hətta istəsəniz, dostlarınız, yaxınlarınızla birlikdə gedərkən domino, şaşki və s oyunlar oynaya bilərsiniz. Mən tək olduğum üçün belə bir şansım olmadı.😅
İçəridə pianoda ifa etməyi bacaran qonaqlar üçün piano da mövcuddur.

Polish_20211030_185824699.jpg

Polish_20211030_190127556.jpg

Polish_20211030_190209249.jpg
Yeməklərinə gəldikdə isə mənim sifarişim isti və dadlı idi. Servis də səliqəli idi. Bəyəndim.) Əlavə olaraq,müəyyən günlər 19:00'da "şam gecələri" təşkil olunur. İşıqlar sönür, yalnız şam və lampa işığı olur. Necə də gözəldir,elə deyil mi? Hər şeydən uzaq, şam işığında səmimi söhbətlər və isti çay...
2003'lü olaraq 90'lara bir günlük səyahət etdim. O qədər sevdim ki, daimi müştərisinə belə çevrilə bilərəm.)Əsas odur ki,başlanğıcı etdim.

Polish_20211030_185709297.jpg

Polish_20211030_190031021.jpg

Polish_20211030_185930378.jpg

Fərqli məkanları sevənlərə, özəlliklə mənim kimi retro sevənlərə "90'lar cafe"yə mütləq baş çəkmələrini tövsiyyə edirəm :)
Vaxt olduqca, bəyəndiyim və belə fərqli məkanlara gedib,sizinlə bölüşəcəm. Oxuduğunuz üçün təşəkkürlər, gələn postlarla görüşənədək 😊

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Məndə getmək istədim😢 Qismət olsa gedərəm:). Tələbə büdcəsinə uyğundurmu bəs?

Bəli, məncə, digər məkanlardan baha deyil. İstəsəniz 90lar_cafe instagram hesabından da menyuya baxa bilərsiniz. Mütləq gedin, bir gün😇

Çoook güzell😍

Məncə də😍🤌

MAŞALLAH.Çox gözəl. Xoş istirahətlər. Hərdən nostalgiyaya da qatılmaq lazımdır.

Bəli, məncə də, arada fərqli abu-hava lazımdır
Çox sağolun, sizə də😇

Çox gözəl məkandır. Xoşuma gəldi 🙂

Çox sağolun😇

Aa buranın dekorunda dəyişiklik ediblər?Mən 5 ay əvəl getmişdim bambaşka idi . Olsun yənədə gözəl olub)çox şirin məkandı

Bəli, bu təmirdən sonrakı halıdı. Daha çox şəkil paylaşmaq istərdim, amma təəssüf ki, yalnız öz əyləşdiyim hissəni çəkə bildim. Yenə gedərsiniz, inşəAllah, elədir çox şirindi.😇😍

Çox əladı. Bura haqqında iki dəfə post paylaşmışam

Çox sağolun😊 Bu haqda postlarınızı oxumaq istəyərəm, mən də.

Xoş istirahətlər.. Getməyə dəyər ❤️

Çox sağolun,sizə də. Bəli, elədir❣🫂