Salam hərkəsə, bu günki səfərim incəsənət qalereyasına oldu. Bura "Gazelli Art House" di.
İlk olaraq, biraz məlumat verim, daha sonra isə çəkdiyim bir-birindən maraqlı işlərlə tanış olarsınız.2003-cü ildə Bakıda yaradılmış, təsisçisi və direktoru Mila Əsgərova olan “Gazelli Art House”da ilk olaraq, Azərbaycan rəssamlarının sərgiləri təşkil edilmişdir.2010-cu ildən etibarən Londonun müxtəlif guşələrində müntəzəm surətdə sərgilər təşkil edir. "
"Gazelli Art House" qalereyasının mütəxəssisi Aygün Quliyeva bildirmişdir ki, "Bu müasir incəsənət qalereyası Avropa standartlarına uyğundur və öz növbəsində bizim şəhərin kontekstinə universal şəkildə uyğun gəlir, şəhər peyzajının cəlbediciliyini daha da artırır." “Gazelli Art House” müasir incəsənət pərəstişkarları üçün yüksək sənət məkanıdır. Burada bir çox dünyaşöhrətli rəssamların işləri nümayiş etdirilir. Qalereyada müasir incəsənətin rəngkarlıq,heykəltəraşlıq,fotoqrafiya, qrafika, müxtəlif materiallardan instalyasiya və başqa müxtəlif janrlarına aid nümunələr mövcuddur.
Onu deyim ki, mən həqiqətən mənzərəni çox bəyəndim. Həmçinin, içəri də fərqli idi. Bəzi işləri adları ilə birlikdə kolaj şəklində paylaşıram. Kətan üzərinə yağlı boya ilə çəkilmiş Azərbaycanın milli dəyərlərini təsvir edən incəsənət nümunələri məni ayrıca cəlb etdi.
Sərgilərdən əlavə, həmçinin, burada seminarlar, mühazirələr, master-klaslar və art-terapiyalar təşkil olunur.
Sizə də gedib yaxından tanış olmağınızı tövsiyyə edirəm. Qeyd edim ki, iş saatları 12:00'dan 20:00'a kimidir. Yalnız bazar ertələri fəaliyyət göstərmir. Və giriş sərbəstdir.
Oxuduğunuz üçün təşəkkürlər. Bir sözlə, mənimlə maraqlı və görmədiyimiz yerləri kəşf etməyə davam :)
Gözəl şəkillərdi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağolun😇
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit