Salam Steemit Azerbaijan ailəsi, əslində ilk postumda bu mövzuya toxunmuşdum, amma daha ətraflı danışmaq qərarına gəldim. Bilirsiniz ki, mən kimya mühəndisliyi üzrə 2.ci kurs tələbəsiyəm. Amma bu ixtisası necə seçdim, həqiqətən istədiyim bu idi mi? Orası biraz qarışıqdır. 11-ci sinfin yanvar ayına kimi mən yalnız tibb üzrə fokuslanmışdım, ailəmin istəyi məni həkim olaraq görmək idi. Hətta , uşaq vaxtı o qədər həvəsli idim ki, 2019-da çəkdirdiyim bu şəklə bir baxın, arxivdən tapdım😅Kim deyərdi ki, bu qız indi ADNSU'də təhsil alacaq.
Nə isə, beləcə illər ötdükcə, üstümə sanki bir yorğunluq çökmüşdü. Ən çətinlik törədən biologiya fənni idi, hətta müəllimimi belə dəyişdik. Amma problem müəllim yox, həmçinin,mənim buna istəyim olmaması idi. Bacardığım qədər öyrənməyə çalışırdım, amma nəsə əksik idi. Həvəs.... Daha da həvəsdən düşdüm. Qrupumu dəyişmək qərarına gəldim, aylarca bu problem halını aldı , təbii olaraq ailəm razı deyildi. Həm mənim illərcə çəkdiyim əziyyət, həm də onların çəkdiyi xərc, hamısı hədər olacaqdı. Amma nəticə olaraq artıq həqiqətən yorulmuşdum, həm psixoloji olaraq , həm fiziki çox əziyyət çəkirdim. İlk olaraq atam dəstək verdi. Və 1-ci qrup oldum. İlk qrup dəyişdiyim zaman heç bir ixtisas haqqında fikrim yox idi, çünki illərcə yalnız tibb və ATU üzrə fokuslanmışdım. Zamanla ixtisasları araşdırmağa başladım, sonra universitetləri. Düzü mənim xəyalım musiqiçi olmaq idi, özümü ancaq o sahədə təsəvvür edib, orada görmüşəm, uşaqlıqdan xəyalım idi. Musiqi ifa etməyi çox sevirəm. Məktəb tədbirlərində həmişə mahnı oxuyardım.Amma həyatın reallıqları, bizi bir nöqtədə ciddiyətə çağırdı :D Və həyatın yalnız əyləncədən ibarət deyil, həmçinin konkret bir məqsəd üzrə irəliləmək lazım olduğunu gördüm.Son olaraq,kimya mühəndisliyində qərarlaşdım. Şükür ki, əziyyətim yerdə qalmadı, həm məktəbi qırmızı diplomla bitirdim,həm də istədiyim ixtisasa ödənişsiz əsaslarda daxil oldum.
İxtisasımın gələcək həyatım üçün yaxşı olacağını düşünürəm. Kim bilir, bəlkə də bu sahədə uğur qazansam, bir çox xəyalımı da gerçəkləşdirəcəm.Və gözəl şeyləri düşündükcə daha da həvəslənirəm, bu sahədə tamamilə mütəxəssis olub, arzu etdiyim həyata sahib olmaq istəyirəm. Bunun üçün isə çox çalışmaq lazımdır. Çünki möcüzənin digər yarısı çox çalışmaqdır. Mən isə öz möcüzəmi gerçəkləşdirmək istəyirəm🙆🏻♀️💘Ümid edirəm ki, bir gün "mən bacardım" sözünü demək qismət olar. Oxuduğunuz üçün təşəkkürlər!)
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağolun, oxuyub, öz fikirlərinizi bildirdiyiniz üçün🙏Bəli, həyatda hər kəs öz arzularının, istəklərinin arxasıyca getdikdə nəticə daha ürək açan olur.Bəzən istədiyimiz kimi alınmasa da bəzi şeylər, əsas odur xeyirlisini düşünmək lazımdır.İnşAllah sizin də həmçinin uğurlarınız bol olsun, Allah var eləsin!😇🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağolun😇
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit