Bir daha salam dostlar, günün ikinci yarısı barəsində post atmaq istədim. Bu gün keçilirən "Qələbə qaçışı" marafonu barədə sizə bəhs edəcəm.
şəklin linki
Xeyriyyə tədbirini Azərbaycan Respublikası Gənclər və İdman Naziri təşkil etmişdir. "Qürurla İrəli" şüarı ilə təşkil edilmiş qaçıs ötən il müzəffər Azərbaycan Ordusunun möhtəşəm zəfərinin il dönümünə həsr olunmuşdu. Qaçışa qoşulmaq istəyən hər kəs YAŞAT fonduna minimum 20 AZN iştirak haqqı ödəməli idi.Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirmək və qalib xalq ruhunu daim yaşatmaq idi.
şəklin linki
şəklin linki
"Qələbə qaçısı" iştirakçıları Dənizkənarı Milli Parkda Elektra Hall-ın qarşısından start götürüb və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finish nöqtəsinə çatdılar.
Həqiqətən möhtəşəm təşəbbüs idi, həm xeyriyyə məqsədli idi, həm də insanları sağlamlıq üçün bir marafona çağırdı. Sonda isə milli və xarici mahnılar səsləndi, hər kəs böyük ruh yüksəkliyi ilə rəqs etdi. Heç kəsi tanımırdım , amma onlarla birlikdə yallı getdim, rəqs etdim😅Və həqiqətən o qədər əyləndim ki, pozitiv və kompleksiz insanlar hamısı bir arada idi.
Oxuduğunuz üçün təşəkkürlər, gələn postlarda görüşənədək!)