Baharın gözəllikləri

in hive-131355 •  3 years ago 

Salam əziz steemitçilər, necəsiz? Uzun müddətdirki yoxam burada, görüşməyəli necə gedir işləriniz? Məndə vəziyyət biraz qarışıqdı. Üstünüzə sağlıq biraz sağlamlıqla bağlı problemlərim var, biraz iş-güclə başım yaman qarışıq olub istəmiyərəkdə olsa fasilə verməli oldum.

IMG-20220418-WA0022.jpg

Soyuq, şaxtalı qış aylarından qurtulub gözəllik, xoş əhval-ruhiyyə aylarına başlamışıq artıq. Ətraf al-əlvan rəngə boyanıb. Hara baxsan adamın ürəyi açılır.
Təbiətin oyanışı, ağacların yaşıllaşması, quşların şən avazı könlümüzü oxşayır.

IMG-20220418-WA0024.jpg

Təbiətimizin ən gözəl və ən kövrək qızı olan çiçəklər təbiətin gözəlliyinə xüsusi gözəllik qatır. Baxdıqca baxmaq istədiyimiz güllərin rəngləri yaşıl otların arasında çox gözəl mənzərə yaradır.

IMG-20220418-WA0023.jpg

Mənim fikrimcə yaz fəsli kəndlərdə daha gözəl olur. Təbiətlə yanaşı insanlardada canlanma olur. Əkinçi bol məhsul üçün sahələrə üz tutur, əkin işlərinə başlayır. Həmçinin insanlar təbiətin təbii olaraq bitirdiyi nemətlərdən- yarpız, qazayağı, gicitkən, pəl, quşəppəyi, göbələk faydalanırlar.

IMG-20220418-WA0021.jpg

İnsan açıq havada gəzdikcə gəzmək istəyir amma hayıf ki, bu çoxda mümkün olmur. Çünki maskalı və qapalı şəraitdə 7-8 saat işləməliyik. Düzdü mən fürsət düşən kimi tez açıq havaya çıxıram;)
Tez bir zamanda maskanın həyatımızdan tamamilə çıxmasını ümid edirəm.
Belə əziz yazarlar, sizə hansı fəslin olmağından asılı olmayaraq həmişə bahar əhval-ruhiyyəsində olmağı arzu edirəm🌼
Gələn görüşlərədək, özünüzə yaxşı baxın : )

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Tam darıxmalıq zamanlardı༎ຶ‿༎ຶ
Qələminə sağlıq♥️