Əhval-ruhiyyəmiz xoş olsun :) ||club5050

in hive-131355 •  3 years ago  (edited)

Salam Steemit Azərbaycan ailəsi, necəsiz? Başlıqda yazılan bəlkədə hamımızın ən çox ehtiyacı olan birşeydir. İnsanın yüksək əhval-ruhiyyəsinin olması ilk öncə özünə sonra isə ətrafındakılara müsbət təsir bağışlayır. Əhvalımızın yaxşı olmasında yediyimiz qidalarında böyük rolu vardır. Mənə görə isə şokoladın rolu daha çoxdur.

IMG-20220221-WA0026.jpg

Şokolad dünyada ən çox istifadə edilən qidalar arasındadır. Şokoladın tərkibində kakao miqdarı artdıqca şokoladın sağlamlıq üçün olan faydalarıda artır.
Şokoladın bütün sirri tərkibində olan kakao yağındadır. Əsl kakao çəyirdəklərindən hazırlanan şokolad minerallar və vitaminlərlə zəngin olur.

IMG-20220221-WA0043.jpg

Kakao barədə bir çox araşdırmalar aparılmışdır, kakao cəhətdən zəngin olan tünd şokalad güclü antioksidant deposudur və ürək çatışmazlığı ilə mübarizə apara bilir. Kakaonun tərkibindəki qida komponentləri və magnezium orqanizmdə seratonin adlı hormonun ifraz olunmasına kömək edir. Seratonin xoşbəxtlik hormonudur. Elə buna görədə deyə bilərik ki, şokolad həm də təbii anti-depresantdır. Mən də tünd şokolad sevərlər sırasındanam. Alanda mütləq kakao faizi çox olan şokoladı alıram. Onun orqanizmam üçün faydalı tərəfləri olduğunuda düşünəndə daha çox sevirəm.

IMG-20220221-WA0044.jpg

Bu yazım üçün şokolad haqqında araşdırma aparanda qarşıma maraqlı daha bir məlumatda çıxdı. Oda şokoladın növləri haqqında idi. Satışda çox qarşılaşmasaq da, şokoladın ağ, qara, qəhvəyi və sarı rənglərində olan 4 növü var. Mənim üçündə maraqlı oldu bu məlumat. Qarşıma çıxsa mütləq sarı rəngdəki şokoladında dadına baxmaq istəyərəm.☺️ Belə əziz yazarlar sevdiyimiz qida haqqında bu qədər, əhval-ruhiyyəmizin həmişə yüksək olması diləyilə görüşənədək.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Sagolun maraqlı məlumat üçün məndə şokalad sevənlərdənəm

Beyəndiyinə sevindim😊