Salam əziz yazarlar, bu soyuq günlərdə əhvalınız necədi? Mən biraz yorğunam amma şirin yorğunluq deyə bilərəm😊
Yanvar ayında yağmayan qar mən göydə daha çox qala bilmirəm deyib gəlib novruz bayramına özün çatdırıb. Heç yazdan əsər-əlamət yoxdur. Bu gedişnən səməni yerinə şam ağacı bəzəyəcəyik deyəsən ;) Hava haqqında bu qədər yetər məncə keçid alaq postumuza....
Mənə görə həyatımızda bəzi günlər varki çox önəmlidir. Ən çox önəmli olanı isə Ad günləridir. Sevdiklərimin, mənim üçün əvəzi olmayan insanların ad gününü xüsusi həyəcanla qeyd edirəm. Bəlkədə ad günü olan insan heç mənim qədər həyəcanlanmır☺️
Bu postu dünən isti-isti paylaşmaq istəyərdim amma yazmağa vaxtım olmadı. Dünən bizim sevimlimiz Fəridin ad günü idi. Bu arada Fərid mənim oğlumdur və dünən 5 yaşı oldu. Özü demişkən "5 yaşım tamam oldu uje 6 yaşıma keçdim". Bir həyəcanlı, sevincli idiki, anlatmağa sözlər yetməz. Dünən ad günümüz iki hissədən ibarət oldu, birinci hissə baxça hissəsi, ikinci hissə parti hissəsi. Dostlarına bir gün əvvəlindən ad günü olacağın və tort aparacağın demişdi səbrsiz Fərid😅
Yaxınlarımızda kimin ad günü olsa mütləq tort bişirirəm, bəzək hissəsi ən xoşuma gəldiyi üçün hazırladığım tort üçün yorulmağına dəyər deyə düşünürəm.
Bu Fəridin baxça tortudu, üstündəki şirinlərsə mənim əl işimdir. Bir gün hazırladığım tortlar haqqında post paylaşmağıda düşünürəm:))
Fərid kimi digər uşaqlarda çox sevinirdi. Uşaqların sevinci bu dünyadaki ən gözəl xoşbəxtlikdir. Müəlliməsinin Fəridə maşın alıb sevindirməsidə çox incə düşüncəli bir hərəkət idi🥰
Keçək ikinci hissəmizə, axşam ailəlikcə bir kafeyə oturmağa getdik. Çöldə boranlı, qarlı hava içədə isə isti yeməklər adama ləzzət edirdi.
Yeriniz məlum əziz yazarlar ;)
Yeməkdən sonra uşaqların ən sevdiyi tort kəsmə mərasiminə keçdik.
Fərid bu tortu daha çox bəyəndi. Mən üzərində çox əziyyət çəkdiyimə görə ikisinidə göz bəbəyim kimi qoruyurdumki amandı birşey olmasın🙈
İsti bir samovar çayı ilə qonaqlığımızı tamamladıq.
Göz haqqınızı halal edin.
Belə əziz dostlar, bu günlükdə bu qədər.
Həyatımızın hər gününü önəmli keçirmək diləyi ilə özünüzə yaxşı baxın .
Əllərinizə sağlıq. 👍
Balacamız da böyük oğlan olsun. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox təşəkkur😘
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hər zamanki kimi yenə yaratmısan, əllərinə sağlıq🤗♥️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkurlər😘
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit