Salam, Steemit Azərbaycan ailəsi necəsiniz? Dünən axşam saatlarında yaz fəsli ölkəmizə giriş edibdi deyilənə görə bilmirəm təqvimə inanım yoxsa pəncərədən baxdıqda gördüyüməmi🤔
Bu günlərdə hamı sözün əsl mənasında havadan dad edir. Bahar gəlməyinə gəlib amma mart inadım inad deyib durubdu. Günəş sanki bizlərdən küsüb üzümüzə çıxmırki, çıxmır :(
Nəysə əziz yazarlar havanın necə olmağından asılı olmayaraq bizim evimizdə bayram abu-havası var. Fəridimiz bizə bayramın bütün adət-ənənələrin yerinə yetirtdi deyə-deyə😄
Hələ şam yandırıb novruza "happy b-day to you" mahnısıda oxudu.
Əl işlərini, bəzək düzək işlərini çox sevirəm. Əlimdə olan ləvazimatlarla səməninin belinə kəmər düzəltdim. Sagolsun Fərid və bacımda kömək elədilər.
Mənim ən çox sevdiyim isə boyanmış yumurtalar və səbəti oldu.
Yumurtaları boyamaq üçün Fəridin yağlı boyalarından istifadə elədim😄
Bu bayramında öz gözəlliyi var hara baxırsan al-əlvandı. Adamın ürəyi açılır.
Axşam oldu və qonşular toplanıb yolda tonqal yandırdılar yerdə yarım metrə qar ola-ola🥶 Bizdə qonşudan qalma dala deyib gedib üstündən atlayıb gəldik. Nənələrimizin dediyinidə unutmadıq bütün azar-bezarımız odda yansın deyib atladıq.
Belə əziz yazarlar, hər birinizin bayramını təbrik edirəm. Süfrənizin ruzisi bol olsun. Hər zaman bayram əhval-ruhiyyəsində olasınız.
Gələn görüşlərədək, özünüzə yaxşı baxın:)