Salam, Steemit Azərbaycan ailesi🤗
İlk postlarım olduğu üçün çox həyəcanlıyam. Bura qatılmaq həyatıma yenilik gətirdi, bugün yuxudan oyandım ve yeni bir post yazmaq haqqında düşünməyə başladım. Bu postumda sevimli orxideyam haqqında sizlərə biraz danışmaq istəyirəm😊
Hələ bir bunun gözəlliyinə baxın😍
Hər zaman orxideyam olsun istəyirdim amma baxıb, baxa bilməyəcəyimə görə biraz qərarsız qalırdım. Keçən il bu gözəlliyi mənə hədiyə etdilər və məndə göz bəbəyim kimi qorumağa çalışıram.
Orxideya dünyada ən çox sevilən güllər arasında birinci, ən çox satılan güllər arasında qızılgüldən sonra ikinci yerdədir.
Olduqca kaprizli olan bu gülə düzgün qulluq olarsa illərlə yol yoldaşlığı etmək olar. Bu gülün ən maraqlı cəhəti onun kökləri və torpağıdır. Kökləri adi torpaqda çürüyür. Gülün torpağı müxtəlif ağac qabıqları, odun və kömür qırıntıları, yosunlar və.s qarışımından olur. Mən gülün torpağın dəyişəndə gül mağazasından orxideya torpağı almışdım.
Bu gülün dibçəyi şəffaf olmalıdır. Çünki çiçəyin yuxarı hissəsində olduğu kimi köklərində günəş işığına ehtiyacı var. Bu cür qablar gülün vaxtında sulanmasına nəzarət etməyi dahada asanlaşdırır. Tez-tez sulanarsa çürüyə bilər. Ona görə ehtiyatlı olmaq lazımdır. Bir maraqlı tərəfidə odurki, gülün sulanma vaxtı çatanda kökləri rəngin dəyişir. Əgər köklər yaşıldısa suya ehtiyac yoxdur, köklər boz rəngə çevrilibsə sulamağın vaxtıdır deməkdir. Suladıqdan sonra mütləq yarpaqlarındakı su salfetlə qurulanmalıdı.
Həmçinin orxideyanın budanmağıda digər güllərdən fərqlidir. Gülün qurumuş budaqları qayçı ilə yox, spirtlənmiş lezva ilə kəsilir və budağın kəsilmiş hissəsi salfetlə qurudulur.
Gülümün budaqların kəsmişəm və yeni budaqların çıxacağını səbrsizliklə gözləyirəm.
Belə əziz dostlar, bu gözəl gül haqqında bu qədər...
Növbəti postlarda görüşənədək özünüzə yaxşı baxın.
Steemitçi bacıların köməyi ilə gələn xanım, siz də tələbəsiz?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xeyr, mən tələbə deyiləm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bir daha xoş gəlmisiniz.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gördük
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Qələminə sağlıq. Maraqlı məlumatdır, təşəkkürlər.❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağol💋
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox maraqlı fikirləriniz var çiçəklərlə baglı.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit