Salam dəyərli SteemitAzerbaijan ailəsi . Bu gün sizlərə mənə oxumağı sevdirən kitablarla gəlmişəm. İlk mənə kitabı sevdirən Fatimə yəni bacım oldu , sonrada Doğan Cüceloğlu (Gerçek Özgürlük) kitabı oldu .
Bu kitab mənim ilk oxuduğum və oxuduğum anda mənə dünyanı, kitabı sevdirən bir kitab oldu düzdür biraz qalın, uzun görünə bilər ama çox axıcı bir kitab idi , bu kitabdan bəyəndiyim bir neçə aforizmlər oldu onları sizinlə bölüşmək istəyirəm ..Amma əvvəlcə sizlərlə demək istəyirəm ki , kitablar mənim əlimdə olmadığı üçün sizə internetdən şəkillərini çəkib göstərəcəm .
Kendi yolculuğumuzu yapmak için burdayız; bu yolculukda kendimiz olabilme cesaretini bulmamız kolay değildir , amma kendimiz olmadan yaşamımızdaki hiçbirşey anlamını bulmaz.
Asıl yetimler, anadan babadan değil,bilim ve ahlakdan yoksun olanlardır .
Anlamak sevmenin başlanğıcıdır.
Keçək sıradakı kitablara . Pərinuş Səni (Mənim Payım)
Bu kitab qadınların nələr çəkdiklərin çox gözəl sübutudur , sevdiyim 3 kitab var üçüdə qalın ama çox axıcıdır . Bu kitabdanda sizlərə sevdiyim aforizmləri paylaşmaq istəyirəm.. Ama ilk öncə, şərqi düşünün İranın ucqar əyalətində böyümüş bir qız düşünün. Atasının, qardaşlarının təsiri ilə böyüyən, düşünməyi belə qadağan olunmuş bir qız. Saf sevgisi əlindən alınmış, məcburi ərə verilmiş bir qız nə yazıq ki..
“İçimdə elə bir istilik var idi ki, heç soyuq hiss etmirdim.”
" Kaş həmişə yuxuda yaşaya biləydim.”
“Tarix boyu ən çox əziyyət çəkmiş insanlar – qadınlardır” cümləsi zehnimdə həkk olundu.”
“Mən uşağımın qəhrəman olmağını istəmirəm. İstəyirəm ki, xoşbəxt olsun, vəssalam.”
“Bu elə də çətin deyil, təklik çətindi. Pərvanə, bilmirsən, nə qədər təkəm. Bütün günü məşğulam, bir dəqiqə də vaxtım yoxdur, amma təkliyi bütün vücudumla hiss edirəm.”
“İnsanın əlində itirməyə heç nəyi qalmadığını fikirləşəndə küfr edir.”
“Amma bəzən bir hadisə, bir şəkil adamı keçmişinə qaytarır. O zaman aynaya baxırsan. Görürsən ki, o keçmişdəki adamdan nə qədər fərqlisən .” Bunla bitmir təbbi ki sadəcə bunlar bəyəndiklərimin çox az qismidir.
İndi sonuncu və yənə çox bəyəndiyim, Erix Mariah Remark ( 3 Yoldaş) adlı kitabından danışacam ..
Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı “Üç yoldaş” əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Və məndə buna qatılıram, kitab həqiqətən çox axıcı və gözəl yazılıb. İndi kitabdan biraz aforizmlər paylaşacam ...
Axı uduzmağı da bacarmaq lazımdır.Əks halda yaşamaq olmazdı
Xoşbəxtlik bu dünyada ən qeyri-müəyyən və ən dəyərli bir şeydir
Keçmişimiz bizə gələcəyə çox baxmamağı öyrədib
Dünyaya axmaq kimi gəlmək yox , dünyadan axmaq kimi getmək ayıbdır ...
Ümüdvaram bu yazım sizlərə maraqlı gələr ,sonuna qədər oxumağı tövsiyyə edirəm Xoş və sağlam günlər arzu edirəm dəyərli oxucular 🙏
Canım mənim, hər üç kitabı mən də çox sevirəm. Paylaşımın isə, çox gözəldir. Oxumağa və oxumayanlara oxumağı sevdirməyə davam edək ❣️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağ ol canım ♥️ Biz oxuduqca güclüyük))❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəli❣️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Nə gözəl oldu. Qrupda kitabsevərlərin olması harikadır 👏😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mən çox kitab oxumamışam düzdü ama oxuduğum bütün kitablardan zövq alaraq oxumuşam)))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Nərgiz, kitablardan aforizmlər seçməyi mən də sevirəm. Əla yazıdı. Əlinə sağlıq ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Həyatda ,yaşamda köməkləri olur☺️çox sağ olun ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit