Salam dəyərli SteemitAzerbaijan ailəsi . Bu gün sizlərlə paylaşmaq istədiyim bir özəl gün var ❤️Hazırda mənim işlədiyim Afrodita-nın 20 illiyini qeyd edəcəyik 🥰Bunun üçündə başdan sona günümü sizlərlə paylaşmaq istəyirəm. İlk iş, oyanıb mənim heç sevmədiyim bir havayla qarşılaşdım soyuq və qaranlıq bir hava,
sonra qalxdım duş aldım və saçımı yumaq üçün istifadə etdiyim bu baxım dəstini sizinlə paylaşmaq istərdim.
Man Pantene firmasından istifadə edirəm . Bu arada sizə demək istədiyim püf nöktə var əminəm bir çoxunuzun bundan xəbəri var, əyər saç baxım şampun,balzam,və saç yağının saçlarınıza xeyir etməsini istəyirsinizsə, hamısının tək bir firmadan olduğuna əmin olun onda saçlarınız daha sağlıqlı ola bilər. Saçımı yuduqdan sonra özümə yemək hazırladım demək olar ki , bir çox günləri belə nahar edirəm.
Sonra da içdiyim kofedən qalan artıqla kofe peelingi etdim üzümə və üzüm çox gözəl ,və yumuşaq oldu🤗
Ardından bacımın işlədiyi veqan mağazasından aldığım bu şəkildə gördüyünüz yağla üzümü gözəlcə masaj etdim.
Kiprik və qaşlarım üçün istifadə etdiyim badam yağı çox işə yarayır gündə bir dəfədə olsa mütləq edin qaşlarınızın və kirpikrinizin həcimli görünməsinə kömək edəcək☺️ Sonra mən nivea-nın quru dərilər üçün olan yumuşaldıcı kremini vuraraq işi yekunlaşdırdım . Ardından makiyajdan tək anlayışım olan bu dördlüyü istifadə etdim tuş ,sürmə,pudra və pamada və budur mən hazıram🥰
Sonra salona gedib bu şəkildə saçımı düzəltdirdim, saçımı düzəldən qızı çox sevirəm 🥰
İndi tək ehtiyacımız olan geyimdir, geyimdə yenə də qaraya üstünlük verdim. Qara rəngi çox sevməyim mənə başka rənglərə şans tanımağa icazə vermir)))Və budur tam hazıram🥰Sizin fikrinizcə necəyəm?)
İndi əyləncəyə başlamaq olar. Salona getdim bütün qızların hazırlaşmasını gözlədim orda hazır olduqdan sonra bir neçə şəkil çəkdik,
restorana yola qoyulduq və əyləncə başladı ☺️
Restoran bizi belə bir süfrəylə qarşıladı.
Sonra biz burdada bir fotosessiya etdik hazırda onları sizinlə paylaşıram
çox əyləncəli bir gün keçirdik heyifki burda video paylaşım olmur yoxsa necə əyləndiyimizi sizə daha dəqiq göstərə bilərdim☺️Günün əyləncəsi bitdikdən sonra çox yorğun bir şəkildə evə geldim makiyajımı silib mənə rahatlıq verən otağımda gecəyi sonlandırdım🤗
Hər kəsə gözəl və xoş günlər diləyirəm 🥰
Çox gözəl keçib günün mənim gözəlim. Ümid edirəm hər zaman belə maraqlı, əyləncəli günlər yaşayarsan.😘❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağ ol canım mənim ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit