Əslində yayı elədə çox sevmirəm, ama yayda ağacların yaşıllığı, güllər, çiçəklər, əkilən əkinlər hər tərəf yam-yaşıl bu çox gözəldir. Xüsusilə mənim kimi əkinlə məşğul olmağı sevən insanlar üçün. Mən daha çox güllərlə məşğul olmağı, yəni onları suvarmağı, budamağı və.s sevsəmdə digər ağaclar və əkinlərlə də məşğul oluram. Əkinlə məşğul olmaq insanı ruhən sağlam tutur. Fiziki yorğunluğun gözə batmaz. Çünki yorğunluqdan həzz alarsan. Düzdü isti çətinliyi olur, məlum yay fəslidir. Lakin hər şeyə rəğmən səhər tezdən və axşam sərin düşəndə ağaclara və əkinlərə vaxt ayırmaq elə birbaşa insanın sağlamlığı və sakitliyi üçün böyük xeyirdir. Gün ərzində fiziki işlə məşğul olmaq insanın yuxusuna da və həmin gününün gözəl bitməsinə səbəbdir. Ağacları, gülləri və digər bitgiləri sevib qorumaq lazımdır. Necə deyərlər bağa baxarsan bağ olar, baxmazsan dağ olar..
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!