Arzu qalan arzularımız.

in hive-131355 •  3 years ago  (edited)

Sabahınız xeyir a millət. Necəsiniz? Bu gün uşaq vaxtı özümüz kiçik olub özləri dağ boyda böyük arzularımızdan danışacağam. Biri elə göy qurşağını görmək idi.

242025.jpg

İkinci böyük arzumuz o göy qurşağının altından keçə bilmək idi. Həqiqətən bizi elə gülməli həqiqətlərə inandırmışdılar ki. Sovet dövrünün uşaqları çoox sadəlövh idi. Məsələn, dördyarpaqlı yoncanı tapmaq kimi bir arzusu vardı sovet dövrü uşağının. Guya xoşbəxt olacaqdıq tapsaydıq🤭 (tapmayıb)

IMG_20211023_085035.jpg

Maraqlıdı, bəs sizi nəyə inandırmışdılar.? Fikirlərinizi gözləyirəm)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

Qısa

Barıtı bir az artıq olub))

Bir balaca))

Sabahnız xeyr olsun.yaxşıyıq siz necəsiz? Məni hələ inandıra bilməyiblər nəyəsə)))))

Onda sən ömrünün sonuna qədər subay qalasısan))

Bu xeyir- duanı Mənim üçün etdiniz Səhərin bu şehli- şehli vaxtında?

Doğrudan şehli şehlidi ha))

Eybi yox qalım)))

ALLAH Quşu dialektimizdə, ruscası БОЖЬЯ КОРОВКА(Rusdilli uşaqlar olduğumuzdan, biraz da Sovetləri gördüyümüzdən БОЖЕ КАРОБКА deyirdik ) Azərbaycancası PARABÜZƏN. Bunu əlimizdə tutub özümüzdən yüksəyə qaldırırdıq və istədiyimiz Adamın adını çəkərək deyirdik. "ALLAH QUŞU GET FİLAN KƏSİ GƏTİR" Guya o uçub gedib gətirəcək. MƏN vaxtımı dondururam

Həə, o bizdə də vardı😄

Olacaq da. BİZ SOVETİN ÖVLADLARIYIQ. FALAN)))

Uşaq vaxtı məni insanların yaxşı olduğuna inandırdılar...Böyüyəndə anladımki aldadıldım)))

Nərgizcan, lap o qədər də yox). Dünya yaxşı insanlardan xali deyil 😊

Bəlkədə qarşına çıxan insanlarla əlaqəli bişeydir)

Məni inandırmışdılar ki, qamış zəmbillə düşmüşdün dəyirmanın qabağında, gördük götürdük evə🤦🏻‍♂️🙂

Biz uşaqları elə aldatmışdıq. Səni şabalıd ağacının koğuşundan tapmışıq zad))

🤣🤣🤣indikiləri aldatmaq olmur. Hər şeyi detallı öyrənirlər internetdən