Salam. Şəhərdə məni ən çox cəlb eləyən pişiklərdi. Yeməkxanaların yanında yaşayan toppuş pişiklər. Çox sağ olsun şəhər əhalisi. Heyvansevərdi. Pişiklər yemək dərdi çəkənə oxşamır.
Rənglərinə baxın hələ. Qeyri - adi rəngləri var. Qışın soyuğu da bir o qədər keflərini pozmayıb bu heyvancığazların.
Rahatdırlar, hüzurludular. Yanlarından ötüb keçən və onları oxşamaq istəyən hər kəsə xoş reaksiya verirlər. Bu da hallarından məmnun olmaqdan irəli gəlir.
Bu isə mənim Qaracamdı.
Televizorda öz həmcinsini görüb dəli olub. Çox mütəhərrik və həyat doludu Qaraca. Hər hərəkəti əyləncədi. Televizora yaman aludə olub.
Qaraca qapqaradı. Yalnız gözləri düymə kimi parıldayır. Çox da ərköyündü. İstəsə soyuducunun, istəsə də stolların başında gəzər. O kəsən başa sorğu - sual yoxdu. Qara pişik haqqında cahil fikirlər hələ də yaşamaqdadı. Mənim qaracamın dünya vecinə deyil. Səhərlər məni o oyadır. Gözünü açıb onun səsinə reaksiya verməsən əl çəkməz. Nə yaxşı var. Mənim əsəblərimin sakitləşməyi üçün bircə dəfə Qaracanı gördümsə bəs edir. Pişik saxlamağı sizə də tövsiyə edirəm. Çox rahat olacaqsınız.
Belə. Oxuduğunuz və ya oxumadığınız üçün təşəkkürlər.