CLUB 100 💖 The Diary Game 3 : Date 20/1/2022. Məni də gəl apar, qurbanın olum..,

in hive-131355 •  3 years ago 

Salam. Təqvimdə yanvarın 20-sidi. Havadan barıt qoxusu gəlir, dünya da qərənfil rənginə boyanıb. Yox, 20 yanvar mövzusunda yazmaq fikrim yoxdu, deyilən deyilib, deyilməkdədi. Hər il yanvarın 20-si olur. Addım - addım finişə yaxınlaşırıq. Qızım bir cızma-qara eləyib. İmtahan çıxardanın yeddi arxa dönənini söyə - söyə konstitusiya hüququnu oxuyur. Sabah imtahanıdı. Cızma-qaranı da mənə göndərir.

260308.jpg

Soruşur ki, mam, bu bir cizgi film qəhrəmanıdı ee, bilirsən??? Qızıma bunun təkcə bir cizgi film qəhrəmanı olduğunu demirəm, həm də əlimdən uçub gedən uşaqlığım, gəncliyim də olduğunu da demirəm. Doğuldum, böyüdüm, ölümə doğru gedirəm. Həyat sürət qatarına bənzəyir. Sürətlə axıb gedir. Dindarlar bunu qiyamət əlaməti kimi izah edirlər, elmin buna daha net açıqlaması var. Nəyə? İllərin sanki əvvəlkilərə baxanda daha sürətlə irəliləməsi kimi gəlməsinə. Gülay bunu mənə izah eləmişdi. Tam yadımda qalmayıb. Bu arada son vaxtlar yaddaş pozğunluğu yaşayıram. Xalalar bunu coviddən qalan fəsad kimi qiymətləndirir. Mən də inanıram. Ümumiyyətlə, çox şeylərə inanmaq lazımdır. Araşdırmaçı olmaq, şübhəçi olmaq adamı yorur.

IMG_20220120_095507.jpg

Bu günkü səhər yeməyim. Çox məsum və təvazökardı, eləmi?) Yeməyinizi azaldın, millət. Zatən bir azdan buna məcbur qalacaqsınız. Bazarda 20 manat xərcləyib paketin dibində bir ovuc zadla evə qayıdanda bu qərara gəldim.

IMG-20220116-WA0000.jpg

Bu qırmızı işarələnmiş cümlə var ha, 17 yaşlı bir gəncin suya düşmüş xəyalıdı. Xəyal demişkən, Gülay deyir ki, aprel ayında Yevgeni Qrinko Bakıya gəlir. Onun konsertinə getmək Gülayın ən böyük xəyalıdı. Qızıma söz verdim, onu bu konsertə göndərəcəyəm. Bilet astronomik qiymətə olsa belə. Məsələn, steemitdə bu gündən başlayaraq yazı yazıb parasını onun üçün toplaya bilmək şansı var. Getdik eee...

242638.jpg

@steemcurator01

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Просто Прелесть 👏👏👏👍