CLUB 100💖 The Diary Game 3 : Date 22-23/1/2022. Uzaqdakı doğma adam.

in hive-131355 •  3 years ago 

Salam. Bakıya getdiyimi söyləmişdim. Çoxdan olmayan gözəl şeylərdən biri oldu. Əslində mən həkimin tövsiyəsi ilə kontrola getmişdim. Testlərim təmiz çıxdı. Bir sözlə, subakut adlanan o zad da yaxamı buraxmış oldu) Hələ getməmişdən Bakıda ruhən çox yaxın, məsafəcə çox uzaq rəfiqəmlə görüşməyi planlaşdırmışdıq. Qızlara da Qəbələ plovu bişirməyə söz vermişdim. Həkimdən çıxandan sonra halımızdan məmnun bir kiçik bazarlıq elədik. Gəlib evdə həmən plovu dəmə qoydum. Plovun şəklini çəkməmişəm. Canı çəkib də bişirə bilməyənlər var. Amma axşam rəfiqəmin gəlişi möhtəşəm bir sürpriz oldu.

IMG_20220123_175353.jpg

Səkinə ilə dörd ildi ki, dostluq edirik. Aramızda əməlli başlı yaş fərqi var. Tanışlığımız da Facebook vasitəsilə olub. Biz hər gün danışsaq da bir birindən bezməyən, yorulmayan dostlarıq. Bir də görürsən, aradan bir ay keçib danışmayalı. Sonra qaldığımız yerdən davam edə bilirik. Səkinə qəlbən ziyalı, mənəviyyatı zəngin qızdı. Onunla hər mövzuda danışa bilərsən. Çox gözəl dinləyicidi. Bu il Səkinə "şeytanın qıçın qırıb" ölkə xaricinə çıxıb. Yeni ili Ukraynada qarşılayıb. Maraqlısı bilirsiniz nədi? Mənim də ən böyük arzularımdan biridi Ukraynaya getmək. Hətta bir dəfə az qala getmişdim). Məgərsə Səkinənin də belə arzusu varmış. Biz heç bu barədə danışmamışdıq. Gülay da Səkinəni çox sevir. Bir neçə dəfə görüşüblər. Axşam iki sevimli qızla zaman keçirmək çox gözəl oldu.

240505.jpg

Qəbələ plovunu yedik, xeyli söhbət elədik. Sonra Gülay Səkinəni evlərinə ötürdü. Mən də bir an müəllimliyimi xatırladım. Buraxılış imtahanı üçün abituriyent jurnalı almışdım. Bir az vərəqlədim. Özümü şagirdlərimin yerinə qoymağa çalışdım.

IMG-20220122-WA0027.jpeg

IMG-20220122-WA0030.jpeg

Bu gün də qayıdıb rayona gəlmək vardı. Səhər tezdən durmuşdum. Bir az balkondan çölə baxdım. Kənd adamıyıq biz. Spiçka qutularına oxşayan evlərə sığışmarıq. Sıxılarıq. Həyətdə voleybol oynamağa cəhd eləyənlərə tamaşa eləmək bir az kefimi açdı.

Screenshot_20220123_175214_com.huawei.himovie.overseas.jpg

Budur, yenə yollarda. Bakıda günəşli gün olduğu halda Şamaxıdan bu yana qardı hər yer. Balaca bir ölkədə hər cür iqlimə rast gəlmək olur eyni zaman kəsiyində. Yolçuluq evə doğrudu.

IMG_20220123_154410.jpg
Siz sağ, mən salamat🖐️

@steemcurator01

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!