Salam. Necəsiniz? Yaxşı olmağınıza sevindim. Yanvar ayı tələbələrin qorxulu röyasıdır. İmtahanlar tələbələrə həyat dərsi keçir. Ürəyim qızımın yanındadı.
İmtahanlar yarı olub. Bu il tələbələr imtahanları yazılı şəkildə verirlər.
Bir dəfə imtahanı kəşf edən o müdhiş insanın şəklini tapmışdım. Həqiqətən bəşəriyyətə ən böyük pisliyi etmiş insanların sırasına daxil etmək olar onu.
Bəs tələbə kimdir? Şəhərdə bütün ucuz marketlərin yerini əzbər bilən, evdə oturduğu halda cibindəki pulun azaldığına inanan, bir öyün qabağa düşmək üçün yerindən günortaya yaxın duran, makaronun hər çeşid yeməyini ustalıqla hazırlayan, belə meyvələr alanda israfçılıq etdim deyə vicdan əzabından yatmayan bir adamdı tələbə:)
Hə bir də endirimdə olduğu üçün sevincək alıb dadı nimesil dərmanına bənzəyən limonadı içən məsum varlıqdır tələbə)
Bütün bunlara rəğmən tələbəlik həyatı insan həyatının ən şirin, ən duyğulu hissəsidir. İnsanın yalnız özü üçün yaşadığı bir fraqment. O fraqmentin dadını çıxara çıxara yaşamağa ən azından mane olmamaq valideynlərin boynunun borcudur.
P. S papaq əl əməyi, göz nurudur. Üstəlik də hədiyyədir.
Bu arada @steemit.student hesabının yaradılmasını alqışlayıram. Möhtəşəm layihədir. Ümidvaram ki, gözəl nəticələr əldə olunacaq.
Təşəkkürlər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit