club5050 /THE DIARY GAME. 24.01.2022 г. Qar altında qalan dəfnə və popkorn keyfi.

in hive-131355 •  3 years ago 

Salam. Son 30 ilin ən soyuq qışının fəsadlarını yaşamaqdayıq. Son 100 ilin ən soyuq qışı ilə əlbəyaxa qalmadığımız üçün çox sevincliyik. Bizə nə var ki, evdə oturmuşuq. Bir qaraca pişiyimiz var, onun da yeri sobaların yanıdı. Bəs küçələrdə yaşayan heyvanlar, qarın ağırlığından yerə dəyən ağaclar?

Screenshot_20220124_205308.jpg

Screenshot_20220124_205247.jpg

Dəfnə əslində isti ölkələrin bitkisidir. Həm də çox məşhurdur. Antik dövrlərdən bəri uğur qazanmış qabaqcıl insanları dəfnə çələngi ilə şərəfləndirərlərmiş. Bizim dəfnə bu boyda olana qədər çox əziyyət çəkmişdi. Nəysə ki, məhv olma qorxusunu atlatmış artıq. Bəs biz? Biz isti evimizdəyik. Düzdü, ildırım sürətilə fırlanan qaz sayğacı və stolun üstündə od tutub yanan bildiriş. İstisi bütün evi isindirir. 15 gün üçün yazıb)

IMG_20220124_210017.jpg

Canımıza heç nə olmasın deyib yaşayıb gedirik. Qaracamız istidə xumarlanıb.

IMG_20220124_210445.jpg

Popkorn da partlatmışıq, həyat davam edir. Bu arada popkorn bu qədər deyildi ha. Yeyib qurtarandan sonra şəklini çəkmək yadımıza düşüb.

IMG_20220120_212643.jpg

Məndən olsa anı yaşayın. Keçmişi dəyişmək olmaz, Gələcəyi də tam aydınlığı ilə görə bilmərik. Həyat bir gündü, o da bu gündü zad:)
@steemcurator01

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!