Salam. Lap qədimdən insanlar yemək üçün yaşamışlar, ya yaşamaq üçün yeyirmişlər. Bunu araşdırmaq yumurta birinci yaranıb, yoxsa toyuq, dilemmasını araşdırmaq kimi bir şeydi. Bu arada bu barədə fikirlərinizi almaq maraqlı olardı - deyərdim, amma demirəm. Çünki onsuz da deyən deyilsiniz:) Bu başqa məsələ. Amma dadlı, ləzzətli yemək yemək (bu söz niyə təkrarlandı ki?) insanın əhval ruhiyyəsini yüksəkdə tutar. "Əhməd haradadır" filmi yadınızdadımı? Deyir, ona yemək verin, ac başda ağıl olmaz) Burada bir acı gerçək var. Dadlı, ləzzətli yeməklər çox vaxt sağlamlığımıza ziyan olur.
Məsələn, belə bir axşam yeməyi. Makaron da xəmir yeməyi hesab olunur. Üstündə bir kotlet var. O da qızardılmış qırmızı ətdi. Ketçup da acılıdır. Mədənin anasını ağladır. Bir sözlə, külliyən ziyanlı bir axşam yeməyidir. Amma çox ləzzətlidir. Hətta vazkeçilməzdi.
Qızartma kartof. Dünya əhalisinin böyük əksəriyyətinin birmənalı şəkildə sevdiyi yemək. Qonaq yeməyi də hesab olunur, uşaqlar da çox sevir. Ziyanları haqqında çox danışıldı. Kartof qızartmasının ziyanlarını heç kəsə qəbul elətdirə bilmədilər. Yeyirik yəni. Can bizim, cəhənnəm tanrının)
Ev yapımı kakaolu keks. Şirindir. Doktorlar şirin ağ şeylərdən vaz keçin-deyir. Keçə bilmirik. Şirin olmaz, turş olmaz, duzlu heç olmaz. Bir sözlə, biz əlimizdə ovcumuzda olan vitamin deposunu
yeyək, qurbanolduğuma şükür eləyək)
Sağlıqlı yaşamaq diləyi ilə @nurengizbagirova
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Müəllimə şok, müəllimə iptal))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ALLAH korusun,ALLAH gecinden versin...AMİN İNŞƏƏALLAH🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit