CLUB5050 ❤️ THE DIARY GAME: 30.01.2022. Məmləkətimin müəllim terroru.

in hive-131355 •  3 years ago  (edited)

Salam, axşamınız xeyir. Yenə Bakıdayam. Yenə həkimə gəlmişəm. Bakıya gəlmək üçün inanın ki, həftəyə səkkizinci gün əlavə eləmişəm. Yaxşı ki bu Bakıya gedən mikroavtobus rast düşdü.

IMG_20220130_141521.jpg

Bu şəkli çəkməyimin səbəbi avtobusun çıxma vaxtını yadda saxlamaq idi. Çəkəndən sonra diqqətimi "vaxdı" (olmalıydı vaxtı) sözü cəlb elədi. Və müəllim olduğumu bir daha xatırladım. Bilirsiniz, sosial şəbəkələr sözü bir edib antimüəllim kampaniyasına başlayıblar. Sanki müəllimləri bu ölkəyə Marsdan gətirib atıblar. Həmin müəllimin bizim ailəmizdən biri olduğunu da unudublar. Sizə bir şey deyim. Koronavirus ən çox təhsili yaraladı. Uzun müddət məktəbdən uzaq qalan uşaqlar qayıdıb məktəbə adaptasiya ola bilmədilər. Məcburən telefon əlinə verilmiş uşaq o telefonun içində daha cəzbedici, daha maraqlı şeylərin olduğunu düşünür və məktəb ona maraqlı gəlmir. Sovet dövrü valideyninin günü sahələrdə, tarlalarda keçirdi. Sərt amiranə münasibət görən uşaq nəyin bahasına olursa-olsun valideynə şikayət getməməsi üçün bütün potensialını ortaya qoyurdu. Bəs indi? Valideynlərin əksəriyyəti evdədi. İş yox, güc yox. Hərənin də iki ya üç övladı var. Valideynin işi peşəsi məktəbdə baş verən ən xırda olaylarla maraqlanmaqdı. Evində elə o iki uşağına söz keçirə bilməyən valideyn məktəbdə müəllimdən onun ərköyün gül balasının nazı ilə oynamağı tələb edir
Təsəvvür edin ki, sinjfdə 20 uşaq var. Hamısının vaıideyni övladının qabaq partada oturması ü üçün hər gün sifariş göndərir. Kağız kuğuzun içində itib batmış müəllim bilmir sinifdəki 20 ərköyün gül balaya dərs öyrətsin, yoxsa onların valideynlərinin ismarıclarını yerinə yetirsin, yoxsa sənədləşdirmə işlərini eləsin. Hə bir də tədbirlərdə şagirdlərin iştirakını təmin etmək var.

211772.jpg

O sənədlər var ha, jurnallar, planlar, gündəliklər. Heç danışmayaq onlardan.

IMG_20220131_002956.jpg

Vallah çox çətindi. Artıq müəlliməm deməyə də qorxur adam. Amma etməyin, eləməyin. Bir millətin məhvi onun təhsilinin məhvindən başlayır. Bu qədər. Oxuduğunuz üçün təşəkkürlər.

@steemcurator01

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!