CLUB5050💟 THE DIARY GAME: 31.01.2022. Təzadlar.

in hive-131355 •  3 years ago 

Salam. Necəsiniz? Kim nə deyir, desin, Bakı təzadlarla dolu şəhərdir. İnsanlarını bilmək olmur, zəngindirlər, ya kasıb. Şəhər xarici istehsal olan avtomobillərlə doludu. O avtomobilləri də çox zaman sirsifəti eyni bir plastik estetik həkimin əsəri olan qadınlar sürür.
Bakı üstü bəzək altı təzək şəhərdi desəm, bakılılar və şəhərimizin qonaqları məndən inciməsin.

FIMO_1643612691601.JPG

IMG_20220131_110427.jpg

Bura Gənclik Malldır. Adamların 90 faizi bura yalnız baxmaq üçün gəlir. Ya da gələnlər brend mal ala bilmək imkanı olan çox az sayda insanlardı. Bəs biz bura niyə gəlmişdik?) Biz bura kitab almağa gəlmişdik əslində. Bizimiz gücümüz kitab almağa çatar zatən. Çox zəngin kitab mağazası var buranın. Xeyli gəzdik. Zövqümüzə uyğun kitablar almağa çalışdıq.

FIMO_1643612805869.JPG

Həqiqətən, kitab mağazasında gəzmək böyük zövqdür. Hələ də bu cür səliqəli, zəngin kitab mağazası olsa.

FIMO_1643612684925.JPG

FIMO_1643614162746.JPG
Biz 3 nəfər idik. Mən, Gülay və Şəms. Hərəmizin də fərqli zövqləri. Nəhayət, özümüzə uyğun kitablar seçdik. Üstəlik Gülay naturadan rəsm çəkilməsi mexanizmi ilə bağlı albom-kitab da aldı. İndi qaldı bu kitabları oxumaq. Əgər summativlərdən, formativlərdən vaxt olsa oxuyacağam.

IMG_20220131_220619.jpg

Vaxtınız olanda kitab oxuyun siz də🖐️

@steemcurator01

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!