Axşamınız xeyir. Necəsiniz? Postun adındakı 2 rəqəminə açıqlama gətirim. İllər öncə elə burada bu adda post yazmışdım. Dünən metroda çox o yana bu yana getdim. Mənim üçün metro ən dahiyanə icadlardan biridi.
Biz metronu bax beləcə, bəzəkli, düzəkli, müasir, yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş bir nəqliyyat vasitəsi kimi görürük. Amma o gözəlliyin santimetr məsafələrlə yaradıldığını düşünəndə, ələlxüsus yerin altını qazmaqla yaradıldığını düşünəndə adamın durub ayaq üstə alqışlamağı gəlir bu rahatlığı yaradanları.
İzdihamlı yerlərdə bir kənarda əyləşib insanları izləməyi sevirəm. Hamı harasa tələsir. Bakı insanları çox qaşqabaqlıdı. Gülümsəyən insan görə bilməzsən. Hamı qayğılı, hamı sanki dünyanın yükünü çiyinlərində daşıyırmış kimi.
Hə bir də telefonlar. Hamının əlində telefon var. Hər kəs kimləsə danışır, yazışır. Gənclər o hərəkət edən qatarda heç yerdən tutmadan sərrastca yazışırlar. @orxan-m-50 demişkən maşallah olsun. Reklamları da heç deməyim. Şəkidən bir dayının bal satan reklamı, uşaq bezləri, notbukların satışı və sair.
Bir sözlə, həyat davam edir. Yerin altında, üstündə, üzərində. Nəfəs aldığımız hər günümüzə şükür etmək diləyi ilə @nurengizbagirova
MAŞALLAH olsun🤲 Gözəl postdur. İncəliklərə toxunmusunuz. Postu oxuduqca fotolara baxdıqca bir anlığa özümü təsəvvür etdim ki, bu vəziyyətdə foto çəkə bilmərəm. Çox maraqlı görüntülərdir. 🧍🏻♂️👏 (Sizi ayaq üstə alqışladım😊) postun sonunu da tamamlamağı mənə həvalə etdiyiniz üçün təşəkkür edirəm. AMİN İNŞƏƏALLAH🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😍😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Maraqlı alınıb əllərinizə sağlıq🙃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit