Salam, axşamınız xeyir. Necəsiniz? Ümidvaram ki, yaxşısınız. Bir dostum vardı, dumanlı havaları sevirdi. Amma pəncərədən baxasan dumana, deyirdi. Şəhər dumanı bir ayrı, kənd dumanı bir ayrı.
Hələ də həmən bu dumanlı gecəni çəkib onu bir qəşəngcə şoplayıb bir mənzərə düzəldən bir qız.
Bəli, soyuq havalarda ev kimisi yoxdu. İsti bir ev. Çöldəki soyuğun nəfəsinin pəncərə şüşələrinə dəyib çilik çilik-çilik olub yerə töküldüyü bir ev. İşığı yana, qazının üstündə çayı buğlana, günortadan qalan turşulu toyuq şorbasından axşam öyün üçün də qaldığının hiss etdirdiyi xoşbəxtliyi demirəm heç. Hərdənbir bir telefonda gəzişməkdən yorulub ineti söndürmək, üstü pandalı yumşaq adyala bürünüb divanda yatmaq və oyananda bir anlıq günün hansı vaxtı olduğunu təyin etməkdə çətinlik çəkmək və pəncərədən baxanda bu gözəlliklə qarşılaşmaq.
Və sənin maddiyyən bu rahatlığını təmin etmiş vaıideynlərinin olması. Və sənin o valideyn olman. Və səni hər konuda arayan ( burada hər konu rus dilindən imtahan suallarından tutmuş, bir yeməyin tarifinə qədər, sabah nə geyinim sualından tutmuş, "səhər məni 6-da oyat" tapşırığına qədər yardımçı ola biləcəyin bir qızın anası olmaq. Hardan haraya gəldik. Hələ ki, gecə qış dumanı çöküb hər yerə. Yaz dumanı bar gətirdiyi kimi qış dumanı da qar gətirərmiş.
Belə. Xoşca qalın. @nurengizbagirova
Post Просто Прелесть... Xahiş edirəm , bu qədər konuların sonluğunda mötərizəni bağlayın...Dondum soyuqdan😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit