Günəşə doğru.

in hive-131355 •  3 years ago 

Salam. Necəsiniz? Ümidvaram ki, yaxşısınız. Biz əndrəbadi xəstəlikləri geridə qoyub keçmiş dədə baba angina, qripinə yoluxmuşuq. Çox sevincliyik. Axır ki, keçmiş gözəl günlərə dönürük. Məktəbdə müəllim və şagird kontingentinin yarısı dərsə gəlmir. Hər il özündən əvvəlki ilə rəhmət oxutdurur, bir sözlə.
Dəyişməyən bir şeylər də var. Məsələn, bu xırdaca sarı çiçəklər.

IMG_20220106_135931.jpg

O xırdaca, zəif, zərif canı ilə günəşə, işığa can atır. Bu gün qabı çevirib üzü otağa tərəf qoysan da səhər görəcəksən günəşə doğru çevrilib. Onun da əlindən gələn budu. Həyat uğrunda mübarizəsi bundan ibarətdir. Bunlarsa müəllimlərdən kiminsə həyətində gecikib qışa düşmüş gülləridir.

IMG_20220106_135947.jpg

Adətən, bu yerlərdə bu vaxtlar yarım metr qar olurdu. İndi hər yerdən toz qopur. Yəqin ona görədi ki, xəstəlik baş alıb gedir.

IMG-20220106-WA0022.jpg

IMG-20220106-WA0021.jpg

Hər nə olur olsun, nə qarı, şaxtası, nə tənbəl - tənbəl gülümsəyən günəşi qışı sevdirə bilməz mənə. Sevmirəm vəssalam. Hələ də bu yanvar ayı. Həyatımın ən önəmli qərarlarını (təəssüf ki, çoxu məni yanıldıb) yanvar ayında almışam. İli necə başlasan elə də gedəcək deyiminin məndə yanılacağı ümidi ilə
@nurengizbagirova

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!