Salam. Necəsiniz? Aradan bir il keçdi. Yeni ilin böyrünə bir dünya azərbaycanlılarının həmrəylik günü də qatıblar. Biz ən kiçik ortamımzda həmrəy ola bilmirik, a kişi. O ki qaldı dünya azərbaycanlılarının bir araya gəlməsi. Amma mən həmrəy olan bir toplum gördüm. @steem-bru, yəni, Rusiya, Ukrayna və Belarus topluluğu steemitdə ən yaxşı topluluq seçildi. Həyatda bəlkə də heç yola getməyən dövlətlərin adamları burada həmrəylik nümayiş etdirərək kuratorların uzunmüddətli dəstəyini qazandı.
Nəysə, onları qoyaq bir kənara. Biz necə həmrəy olduq. Məsələn, yeni il günü yoldaşımdan bir dəstə nərgiz aldım.
Ətri bütün evi bürüyüb. Tələbə qızım Gülay da əliboş gəlməmişdi. Elə tələbə büdcəsinə uyğun ev xalqına hədiyyələr gətirmişdi.
Bu mənim işıq verən mənim yolkamdı.
Bu da şaxta baba.
Hədiyyənin kiçiyi böyüyü olmaz. Əsas vnimatelni olmaqdı. Qızlar bir il qış yuxusuna gedən yolkanı çıxartdılar. Əllərində olan oyuncaqlarla bəzədilər.
Uzun sözün qısası, yeni iliniz uğurlu olsun. @nurengizbagirova