İçimizdəki ilanlar.

in hive-131355 •  3 years ago  (edited)

Salam. Necəsiniz? Həyat təcrübəm belə bir qənaətə gəlməyimə vəsilə olur ki, həyatda tamamilə müsbət, tamamilə mənfi adam yoxdur. Hər gözəl görünən varlığın bir qaranlıq tərəfi var. Ya da əksinə. Zamanla bu yaxşı və ya pis tərəflər özünü büruzə verir. Dəhşətlisi odur ki, yeganə şüurlu varlıq olan insan ən qorxunc məxluqdur. Nə zəlzələ, nə vulkan, nə daşqınlar, nə uçqunlar insanın yaratdığı təhlükəni yarada bilməz və insan qədər qorxunc deyil.

Screenshot_20220103_130634.jpg

Bir insanı sonuna qədər kəşf etmək mümkünsüzdür və hər kəsin birmənalı şəkildə olaraq hamıya qapalı olub yalnız özünün girib çıxa biləcəyi bir qırxıncı otağı vardır. Bir də olaylar, yanaşmalar. Olaylar tamamılə yumşaq qəlbli bir insanı yırtıcıya döndərə bilir. Bu günlər sosial şəbəkələri zəbt etmiş orduda qətl hadisəsi. Bir insanın başqa birini öldürməsi. İnanın ki, kimsə kimisə öldürə bilər. Biz olaylara ortadan baxmağa və nəticəni görməyə alışmışıq. Mən səbəblərə baxaram. Tarixdə olan ən qorxunc qatilləri analar yetişdirmiş, tərbiyə etmişdir. Sevgisizlik, dışlama bir normal insandan qatil yarada bilər. İçimizdəki ilanların baş qaldırması çox vaxt özümüzdən asılı olmur.

IMG-20220103-WA0005.jpg

Yeganə sığına biləcəyimiz nəsnə təbiətdir. Bizdən qarşılıq görmədən doğan günəş, gələn bahar, açan çiçək, gecəmizi süd rənginə boyayan ay. Onları sevin, onlara güvənin, gerisi boş.
@nurengizbagirova

IMG_20220102_172509.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Aleykum SALAM...Dəyərli və Hörmətli Müəlliməmiz əvvəla həyatda ideal deyilən insan yoxdur. O cümlədən insanın tamamilə mənfi və ya müsbət xarakterli olmaması normaldır...Bir insanı tanımaq üçün gərək onunla yol yoldaşı olsan... Kəlamını çox eşitmişəm...Məncə bu keçmiş dövlərin və indiki dövrdə yaşayıb biraz da olsa keçmişə meylli olan insanlara aiddir. Yaxşı mənada deyirəm. Çünki, indiki zəmanənin bir çox insanı keçmişə nisbətən hətta daha çox hiyləgərləşib...Subyektiv fikrimdir... Məncə insanı tanımaq üçün ya onu qəzəbləndirmək yada qəzəbli vəziyyətini seyr etmək lazımdır...Çünki, qəzəbli insanın özünü idarəetmə funksiyası tamam fərqli olur. Ataların bir məsəli də var, hirsli başda ağıl olmaz... Olaya ortadan baxmaq və nəticəni gözləmək alışqanlığının səbəbi də odur ki, hadisənin baş verməsinə səbəb olan səbəbi bilmirik sadəcə üstü örtülü şaiyələr gəzir ortalıqda, hərə də öz düşüncə tərzinə görə yorumlayır. ALLAHın yaratdığı canlıların ən alisi insandır və ən çox nankorluq edən də insandır(iraq yaxşılardan)
Sığınacağımız nəsnəni də Yaradan var...Yeganə sığınacağımız o nəsnəni Yaradanadır...☝🏻Bizdən qarşılıq gözləmədən Biz insanları və başqa canlı aləmləri ümumən bütün bəşəriyyəti Yardan Odur☝🏻... Və O EHTİYACSIZDIR...☝🏻 O içi meyvə (ay, günəş, gül-çiçək, ağaclar, meyvələr və s.)dolu nəsnənin yaradılış səbəbi də biz insanlarıq...
Hörmətlə : @orxan-m-50 😊😉

Orxan, bütün fikirlərinlə razıyam😊

Çox sağ olun. Minnətdaram. Rəylərinizi görmək daha da xoşdur. Hər zaman var olun... AMİN İNŞƏƏALLAH🤲 Köhnə komanda yenidən yığışsaydı 😔😔 çox darıxıram😔😔😔