The Diary Game / Better Life 3.Season 30. 07.2021. Çağırdı ellər gedirəm vaksinə. .

in hive-131355 •  3 years ago 

Sabahınız xeyir. Səhər açılan kimi WhatsApp a baxdım. Müəllim qrupumuza direktor könüllü məcburi vaksinə getməyənlərin bu gün mütləq (amma könüllü) getmələrini tapşırırdı. Bir qismət çörəyimi yeyib çıxdım yola

IMG_20210730_092221.jpg

Yolumuzun üstündə bu toy bəzəkli darvazanı görəndə, nə yaxşı bizi çağırmayıblar-deyə yaxşıca sevindim.

IMG_20210730_110623.jpg

Bu bir ayda toylar bizə nə divan tutdusa bir Allah bilir. Cibimizi rəsmən silib süpürüb. Xəstəxana qəsəbənin mərkəzində yerləşir. Köhnə binadı. Çoxdan sökülüb götürülməlidi.

IMG_20210730_103409.jpg
Bu postamentin üstündəki kişi Miçurindi. Rus bioloqu. Vaxtilə bura Miçurin adına kolxoz olub. Keçən günlərin xatirinə kişinin xətrinə dəyməyiblər. Eləcə qalıb orda.
İçəridə adam çox idi. Mən növbədə 46-cı adam idim. Əhali könüllü şəkildə zorən vaksin olunur :)

IMG_20210730_100833.jpg
Mən də bir adam demişkən, bütün müqəddəsləri çağırıb özümü vaksinə təslim etdim. Vətənə, millətə xeyirli uğurlu olsun. Nə olar olar. Qayıtdım gəldim evə. Yollar o yollardı.

IMG_20210730_111239.jpg

Həyat da davam edir. Hələ ki, özümü fərqli hiss etmirəm. Dünən alverçinin təzə adına soxuşdurduğu ənciri qabağıma qoymuşam. Baxışırıq:)

IMG_20210729_180438.jpg

@steemcurator01

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Xeyirli olsun. O yolları mən çoxdan keçdim.
Amma coviddən yenə çəkinirəm. (

Orda şanlı ordumuzun zabitləri də vardı)) Güvəndəyik))

Şəkildə sağdakı xanımın,qarşısındakı xanıma hansısa tanışının vaksin vurdurduqdan sonrakı halını izah etdiyinə and içə bilərəm, ancaq sübut edə bilmərəm

Nəyinsə nə boydasa olduğunu göstərir)