Salam. Axşamınız xeyir. Necəsiniz? Şəhər camaatının qorxulu röyası tıxaclardan danışım.
Əslində çox gözəl mənzərədi. İki baxış bucağından yanaşmaq olar. Birincisi, maşınlar hədsiz çoxdu. Bolluqdu demək. Özü də inomarka maşınlar. Biz millət olaraq maşın dəlisiyik. Yalan olmasın, iki ailədən biri kreditlə maşın alıb. Bu söhbətin birinci tərəfi idi. İkinci tərəfi yollarımızın bərbad olmasıdı. Yollar bərbad deyil də. Maşınlar çoxdu, həm də yol hərəkəti qaydalarını bilməyən sürücülər çoxdu.
Mən şəhərdə yaşasaydım tıxaclara elə də nifrət eləməzdim. Maşında oturub həyatını sorğulamaq imkanın var. Gecikirsən? Bir az tez çıx evdən. Ya da elə sənin patronun da bəlkə elə bu tıxacdadı. Bir sözlə, tıxaclar həyatımızın ayrılmaz parçasıdı. Ən gözəl bəhanədi. Görüşmək istəmədiyin birinə "tıxacdayam, çatmayacağam", ürəyin istəmədiyi bir məclisdə olmaq istəməyəndə "tıxacdayam, üzrlü hesab edin" kimi səbəbdi tıxaclar:)
Ümidvaram ki, tıxacları sevdirdim sizə) @nurengizbagirova
Mən tıxacı sevdim desəm))))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mən də:)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit