Xoşbəxt olun

in hive-131355 •  4 years ago 

Screenshot_20210607_124832.jpg

Çox illər öncə idi. Şeytan öz əməlləri və bu əməllərini həyata keçirmək üçün yardımçısı olan vasitələrini nümayiş etdirib lovğalanmaq qərarına gəldi. Bir sərgi açdı. Bu sərgidə nələr yox idi? Həsəd xəncəri, Qəzəb çəkici, Xəsislik baltası, nələr, nələr. Burda Kobudluq, Qısqanclıq, Tənbəllik kimi mənfi özəlliklər bu sərgidə öz yerini tutmuşdu.
Ən axırıncı rəfdə taxtadan hazırlanmış bir qutuda bir özəllik də vardı. Bu İztirab idi. İnsan iztirabı. Ən bahalı özəllik də o idi. Şeytandan soruşdular ki, niyə ən bahalı özəllik budu? Şeytan cavab verdi ki, həyatda baş verən bütün pisliklər iztirab çəkən insanın beyninin məhsuludur. Xoşbəxt insan pislik etməyə qadir deyil. Tarixən də ən amansız, ən qəddar insanlar uşaqlıqdan sevgisizlik problemi yaşayanlardı. Gördüyünüz bu pisliklər bir yana, İztirab bir yana. Ən ağıllı insanın başına bu İztirabı yerləşdirə bilsəm artıq məqsədimə çatmışam, - deməkdi.

Screenshot_20210607_124741.jpg

Şeytan doğru fikirləşirdi. Beyni izitirabla dolu insan sevgisiz, sevncsiz insandı. Yaşayın, sevilin, sevin, xoşbəxt olun, xoşbəxt edin.
Oxuduğunuz üçün təşəkkürlər 😊

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Tamamilə..

  ·  4 years ago (edited)

Əla. Çox xoşum gəldi. Daim sevilib seçilən olasınız. Gülayın çəkdiyi şəkil çox xoşuma glədi. Əllərinə sağlıq. Baxmaq istərdim hamısına.

Çox sağ ol, Gülay öz profilində paylaşacaq)

Yenə o "İftarlıq qazos" söhbəti gəlib durur gözümün qabağında. Gül kimi yaşayırdıq da, inşallah, maşallah ilə.

Ahh, o sovet dönəmləri)