Yolçuluq

in hive-131355 •  3 years ago 

Deyirlər e, ağlına gəlməyən başına gəlsin. Bu gün elə bir şey oldu. Deməli qəsəbədən çıxıb rayon mərkəzinə gedirəm deyərkən, özümü indiyədək görmədiyim yerlərdə buldum. Dövlət rəhbərinin Qəbələyə gəlişi ilə əlaqədar yollar bağlanmışdı. Və mən elə hesab edək ki, Qəbələdən Bakıya getmək üçün gedib Gəncəni fırlanıb gedirəm. Azərbaycanda 9 iqlim tipi var deyənlərə gülürdüm. Vallah bir az düz deyirlərmiş. Bizim rayonun aşağı kəndlərində artıq qara tut qaralıb, ağ tut ağarıb. Bizdə hələ izi tozu yoxdu:) Yol boyu şəkillər çəkdim. Bu şəkilləri.
IMG_20210518_092346.jpg

IMG_20210518_092244.jpg
Düzdü maşın gedə gedə çəkdim, o qədər də effektli alınmadı. Məsələn, vaxtilə postsovet məkanında çox nüfuzlu və strateji əhəmiyyətli Qəbələ RLS - in tərk edilmiş binasını çəkmək istədim.
IMG_20210518_214153.jpg

IMG_20210518_214017.jpg
Bina rəsmən vahimə saçır. Qəbələdə çoxlu növdə xəstəlikləri miras qoyub bu RLS. Qəbələdə yeraltı suları özünə çəkməklə dərin köklü ağacların qurumasına səbəb olmağı da isbat olunmuşdu. Kiminin əvvəli, kiminin axırı. Bütün bunlar bir yana, mənim elim, obam çox gözəldi.
48395.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Qəbələ gözəl yurdum ele istiyerem gedim mende Çox sağolun şekillerdede varsa gorsetdiz

Qəbələ cənnətməkandı😊

Can

Kəndimin havasını almısan da, nə istəyirsən?

Sənin kəndnin havasını biz səndən çox alırıq 😀

İldə bir dəfə alır, bəsidi))

2 dəfə))

Sənin kəndin Bakı, ötdü Sumqayıtdı)

Torpaq çəkir, yaş da ötür, "oğul, qayıt kəndə gəl"

Cox gözel menzere

Ehsen🤭