- niyə valideynlərini məhkəməyə verdin?
- məni dünyaya gətirdikləri üçün... - filmin baş qəhrəmanı suriyalı mühacir Zain el Rafeeanın bu cümləsini yəqin, çoxu xatırlayır.
“Kapernaum” filminin adı İncildən götürülüb.
cinlərin ələ keçirdiyi, Taberiya gölü ətrafında yerləşən şəhər bəzi mənbələrdə “İsanın xilas etdiyi şəhər” , bəzi mənbələrdə “Xaos” kimi qeyd olunub.
filmin qəhrəmanı Zain həqiqətən suriyalı mühacirdir. qeyd edim ki, bu filmdə bir peşəkar aktyor var: Zainin vəkili epizodik rolda çəkilən ejissor Nadine Labaki.
bədii-sənədli film xaraketerli “Kapernaum” orta şərqdəki mühacir problemindən, insan alverindən, səfalətdən, hüquq sisteminin yoxluğundan, erkən nikahların fəsadlarından, təhsil-səhiyyə sistemindən, heç bir sənəddə adı olmayan, səkilərdə gecələyən uşaqlardan, gecəqondularda çürüyən ömürlərdən, azyaşlılarla yeniyetmələrin eyni kamerada saxlanıldığı həbsxanalardan bəhs edir.
məktəbə getmək əvəzinə küçələrdə xırdavat satan, hamballıq eləyən, 11 yaşlı bacısını başlıq pulu qarşılığında məcbur ərə verən mühacir ailəsiylə mübarizə aparan 12 yaşlı Zainin həyat hekayəsi.
Zain evdən qaçır və efiopiyalı bir anayla rastalaşır. yaş yarımlıq uşağı olan anayla - gecəqonduda qalmağa başlayır. efiopiyalı qaçqın qadın, evdən qaçmış suriyalı Zain və yaşyarımlıq körpə - üçünün də bir ortaq nöqtəsi var: onların heç bir sənəddə adı yoxdur, rəsmi olaraq ölüdürlər.
efiopiyalı qadının həbsindən sonra onun yaşyarımlıq körpəsinə də Zain baxmalı olur...
(mənə təsir edən səhnələrdən biri efiopiyalı qadının müvəqqəti saxlama məntəqəsində öz südünü sağması idi...)
Zain nə qədər mübarizə aparsa da, valideynləri onun 11 yaşlı bacısı Səhəri satırlar...
azyaşlı ağır hamiləlik dönəmi keçirir və doğuş zamanı ölür...
ilk baxışda filmin mövzusu klişedir: “şərq və ona xas problemlər”, - fəqət Labaki kameranı ayrı yerdən qurmuş. Beyrutun arxa küçələrindəki yaşamı, - daha doğrusu, ölümü çılpaqlığıyla göstərdiyi kimi, mühacir uşaqların günahsız yerə ödədikləri cəzanın da intim, sosial-psixoloji, siyasi-iqtisadi səbəblərini açmağa çalışmış...
Siz necə düşünürsünüz, coğrafiya taledir?
(qeyd edim ki, Naden Labaki 2018-də Kann səhnəsinə Zain Al Rafeea ilə çıxmışdı. filmdən sonra məşhurlaşan Zaini və ailəsini Norveç hökuməti himayəsinə götürüb...)