#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻♂️
Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Dostlar yeni işimdə sınaq müddətim dünən bitdi, bugündən öz növbəmdə işə başladım. Deyilənə görə normalda sınaq müddəti 1-2 ay davam etməlidir. Bu da mənə sərf etmirdi. Həm də tərifləmək kimi olmasın iş təcrübəm də var. Düzdü əvvəlki iş yerimdəki qurğularla indiki iş yerimdəki qurğular arasında fərq var. Mahiyyətcə hamısı ey sistemə qulluq edir. Rəisimizin baş-beynini xarab etdikdən sonra məni tək başına smenə çıxartmağı qərara aldı. Təcrübəmə görə 1000 dəfə deyilsə də, insan özü başına gələcək hadisədən baş çıxartmasa o iş alınan deyil. Riskli olsa da, bu addımı atdım. Ümid edirəm, qarşılaşacağım problemləri aşmağa topladığım təcrübə yardım edəcək...
ALLAHA çox şükür işimi rahatlıqla apara bildim. Qanun üzrə hər səhər növbəsi analiz üçün tapşırılmış qurğulardan su nümunələri götürməlidir. Bu analizə əsasən qurğuların nə vəziyyətdə olduğunu 99,9% bilmək olur.
Çıldaq olmaq istəyən bu şəklə diqqətlə baxsın. 😀 Di salamat qalın. ALLAHA əmanət olun. İşsiz olanlara da ALLAH xeyirli yerdən iş qismət etsin. AMİN İNŞƏƏALLAH🤲🏻
You've got a free upvote from witness fuli.
Peace & Love!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks 🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit