Günün 2-ci yarısı.

in hive-131355 •  3 years ago 

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyirli işləriniz avand olsun AMİN İNŞƏƏALLAH🤲
Dünənki postun davamı olaraq nahardan sonrakı fəaliyyətim. Fikirləşdim imkan varkən bu CEYRANI da tarixə yazım...😊

IMG_20211123_212023.jpg

Sağ olsun çox işdə əlimizdən tutur. Əsas odur ki, hər nə olmasından asılı olmayaraq düzgün dəyər versən o da qarşılığında dəyərini dəyərləndirəcək. Fərq etmir mal mənimdir vəya başqasının. Normal insan kimi işlətməliyəmki, hər zaman işlədə bilim. Olur hərdən baş gedir🤦🏻‍♂️ bu da normaldır. Hərdən gücə salmaq lazımdırki, gücünü öyrənə biləsən.

IMG_20211123_212044.jpg

Dostlar əslində fikrimizdə dədə-baba qaydası ilə betondan pilləkan qurmaq idi. Ev yiyəsinin vəziyyətinə görə bu metodu seçdik. Məlum məsələ həm ucuz başa gəlsin, həm də keyfiyyətli. Amma burada ən çox əziyyət fəhləyə qalır. Yəni Mənə...Bircə onu fikirləşin 2 ton torpaq 15-20 m məsafədən şəkildə gördüyünüz əraziyə daşınacaq. Yol da otluq, kələ-kötür...👍 Bu pilləkən hələ 3 pillə qalxıb. Hər pillənin altı, arxası beləcə bərkidilir. Üstü geniş meydança olacaq. Əmimlə söhbətdə bildirdimki, ev yiyəsinin yerində olsaydım bu qədər quma rasxod edincə özümü bir balaca əziyyətə salıb betondan karkas yığdırıb pilləkənin arxasını, yerdə qalan hissələri boşluq olaraq saxlayardım. Həyət evidir xırda anbar kimi istifadə etmək olardı. Onsuz da bu rasxodu edirsən. Elə bir şey etki, hər tərəfli sərf edən olsun. Nəisə öz fikrim də özümə qaldı.

IMG_20211123_212100.jpg

Nəhayət o günlük iş bitdi. Axşam əlimə keçəni ötürdüm yaxın məsafəyə😉 Yeməkdən sonra bu çərəzlərin, meyvələrin ayrı ləzzəti var. Yeriniz məlum. Fəhlənin yeməyi də enerjili olmalıdır...😊 Bu gedişlə yaxın zamanlarda 100-ə qalxaram...
Sonda zəhmətə qarşılıq olaraq minnətdaram, ALLAH Sizdən razı olsun. AMİN İNŞƏƏALLAH🤲

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Nice