Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyirli olsun...Dostlar üzürlü sayın dünən dediyim sözün üstündə dayana bilmədim. Bugün ki, işim də qarışıqlıqlarla keçdi. Mən artıq həyatımla barışmışam. Mənimçün normal iş günü sayılır. Elə bil belə də olmalıdır...😂 Bugünki, qarışıqlıqdan danışıb söhbətə neqativlik qatmaq istəmirəm. Keçək əsas məsələyə. Dostlar dünənki postumda işin davamını bugünki postumda qeyd edəcəyimi bildirmişdim. Düşündüm, taşındım qərara aldım ki, ara-sıra mövzunu dəyişmək lazımdır. Yorucu, sıxıcı olmasın deyə😊 Əziz Həmvətənlərim bilmirəm bu fikrimi necə qarşılayacaqsınız gizlətmirəm olanımı deyirəm. Bir çox günlərimiz varki, bayram günləri kimi qeyd edirik. Zaman keçdikcə həmin günlər mənimçün adiləşir sıradan bir gün kimi nəzər yetirirəm. Bəzilərini çıxmaqla... Bəlkə də, zamanla yaşa doluram, həyatı anlamağa başlayıram kimi vəziyyətlər səbəb olur. Vaxtilə Yeni il gəlir səbrsizliklə hazırlaşdığım gün artıq mənimçün sıradan bir gündür... Elə bil Dekabrın 31i Axşam saat 9-10a qədər küçələri, bazar maqazaları gəzib fişəng, partladan və digər şənlik abu-havası verən, şənlik hiss etdirən məmulatları alıb evə gələn mən deyildim. İstərdim Sizi qarşıdan gələn yəni sabah 31.12.2021-ci ilDünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi qəlbdən təbrik edim. Hər zaman bir, həmrəy olmağı arzu edirəm. AMİN İNŞƏƏALLAH🤲 Məktəb vaxtı belə bir zarafatımız da vardı. Təbriklərimiz belə idi: "Həmrəng yox, həmrəy olmağı arzu edirəm😂"
Onu da qeyd edimki, qeyd ediləcək yeni ilimiz Nə qədər "düşərli olsun , xeyirli olsun və s." arzularla deyə-gülə qarşılasaq da bizə bahalaşma, əsəb, stress və s. kimi neqativlikdən başqa heçnə gətirmir. Araya xaos salmıram. Bu sadəcə acı gerçəklikdir...
Rəssamım xəstələndiyi üçün Həmrəylik Günü ilə bağlı nəsə material əldə edə bilmədim. Amma fon olaraq maraqlı görünməsi üçün köhnə şəkillərdən baxım-görüm elədim😊 Yazaraq bu şəkilin mövzuma nə əlaqəsi olduğunu düşündüm. İlham pərilərim beynimdə Gözəl fikirlər formalaşdırdı. Bu gözəl əl işi həmrəyliyimizin zamanla belə gözəl vəziyyətə düşməsini hər zaman təzə tər, ətirli, yaxınlar və əzizlər gördükdə ürək oxşayan, düşmənlərə göz dağı verən bir məfhumdur...
Bu vəziyyətdə post yazıram. Tez-tez saata baxıram. Çünki, 31 dekabr Mənə əziz olan 2 şəxsin də doğum günləridir. Biri uşaqlıq dostum, digəri yaxın qohumum. Cəmi 2 il çatdıra bilməmişəm. Digər illərdə hər dəfə saat 12ni keçməmiş onları ardıcıllıqla təbrik edirəm. Yazmadığıma görə məni tənbeh də ediblər: Oturub Sənin zəngini, mesajlarını gözləyirik ... Doğum günü təbriki bir yana postu vaxtında çatdırmaq da var.
Bu da rəssamın köhnə əl işlərindən biri. Dostlar görün ayla günəş necə də həmrəy olublar. Birləşiblər. Sizə də ALLAHdan arzum yaxınlarınızla , əzizlərinizlə hər zaman xoşbəxt, mehriban olmağı arzu edirəm. Və növbəti gün Müsəlmanların müqəddəs günü olan Cümə günüdür. Bu müqəddəs Cümə günü hörmətinə ALLAH Sizə xeyirli, sağlam və xoşbəxt ömür nəsib etsin. AMİN İNŞƏƏALLAH🤲
Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram. ALLAH Sizdən razı olsun, bol STEEMli postlar nəsibiniz olsun. AMİN İNŞƏƏALLAH🤲
P.S. Bacardığım qədər postu qısaltdım. Bu boyda alındı😂
Gözəl post idi teşekkürler
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağ olun. Minnətdaram. Günləriniz gözəl olsun. AMİN İNŞƏƏALLAH🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hər gününüz xoş , gülər üz keçsin . Yeni iliniz də yeni yeni uğurlar ,bol steemlər olsun 😄 .
Şəkillər də çox maraqlıdır
Rənglərin tonlaşması çox gözəldi .
Sadə və gözəl resim.
Hər kim cəkibsə əlləri dərd görməsin
Sizində cüməniz mübarək 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bahəm. Gözəl Sözlərə görə də çox təşəkkür edirəm. ALLAH razı olsun. AMİN🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit