Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli işləriniz avand olsun. AMİN İNŞƏƏALLAH🤲 Necəsiz? Neynirsiz? Salamtçılıqdı? Dostlar bir neçə günlük dəyişkən havadan sonra nəhayət belə soyuq havaya da rast gələsi olduq. Neçə gün idi ki, səhərlər isti və günəşli, axşamlar isə səhərin tam əksi olaraq soyuq və şaxtalı hava biz tərəflərə hakim kəsilmişdi...
Bugün də maraqlı, pambıq kimi buludların seyrinə çıxdım. İşə gəlməzdən əvvəl havanı kontrol etmək birinci işimdir. Dayanacağa dona-dona, titrəyə-titrəyə qaçmaqdansa normal yerişlə getmək daha məqsədə uyğundur. Bir gün əvvəldən teleqram qrupların birində bugün üçün havanın yağışlı olacağı xəbərini də almışdım. Deməli, vəziyyət getdikcə çətinləşir...
Buludların tələsərək bir yerə yığışmasını izləmək də insana başqa həzz verir. Bəlkə də, Sizə qəribə gələcək ki, şaxtalı küləyin təsirindən buludları izləmək ağılsızlıqdır. Nə etmək olar, #steemitazerbaijan üçün bu əziyyətə qatlanmağa dəyər. Maraqlı görüntü tutmaq üçün telefon həmişəki kimi, hazır vəziyyətdədir...😉
Nəhayət növbəni təhvil aldım. Geyimimdən vəziyyətin nə yerdə olduğunu anladınız. Məktəb vaxtlarımdan qışın oğlan çağında belə papaq taxan deyildim. Psixoloji olaraq özümü soyuğa öyrədirdim. Kişi xeylağı dözümlü olar. Soyuq, şaxta nədir bilməz və s. falan kimi absurd fikirlər. Dözümlü olmaqda absurdluq yoxdu. Digərlərində var. Vaxt getdikcə anladım ki, çəmini, yolunu, üsullarını düzgün bilmədən özünü nəyəsə psixoloji hazırlaşdırmaq və öyrəşdirmək ağılsızlıqdır. Həmin o köhnə fikirlərlə mənim kimi fikirləşənlər sanki Sibirdə, Arktikada, Antarktidada papaqsız, kurtkasız rahat gəzə biləcəklər. Yaman da gəzə bilərki, axı...Kişi xeylağı dözümlü olmalıdı axı))))🤨 Nəisə söhbəti çox uzatmayım. Nə demək istədiyimi tutan tutdu. Tutmayanlar da kommentə yaza bilərlər😉
Bu detal da keçən postlarda paylaşdığım ilkin tibbi yardım göstərdiyimdir. Nəhayət təmir olundu. Yarası tikildi. Çox sevindim. Həmin o borudan qaynar buxar keçir. O təmir olana qədər bilsəzki, tondan çox su israf olunub. Deyəcəksiz ki, buxardan danışıb, suya keçdi. Fizika və kimyada da belə bir proses var, kondensasiya prosesi... Kondensasiya prosesi : buxarın maye hala keçməsidir. Bu boruların içərisində həmin buxar lazım olan temperaturda olduğu üçün buxar halını saxlayır, havaya çıxdıqda isə avtomatik olaraq su halına keçir. Çünki, borunun xaricində olan temperatur(yəni, havanın temperaturu) borunun daxilindəki, temperaturdan çox aşağıdır...Bunun bariz nümunəsi yemək qazanların qapaqların yığılan su qabarcıqlarıdır....Bəzi hallarda o qabarcıqlara Doymuş buxar da deyirlər.
Bugünlük hələki bu qədər. Əziyyət çəkib, vaxtınızı sərf etdiyiniz üçün minnətdaram. ALLAHDAN Sizə bol-bol steemli postlar, sağlam və xoşbəxt həyat arzu edirəm.ALLAH Sizdən razı olsun. AMİN İNŞƏƏALLAH🤲
Məncə də uşaqlıqdan bu fikrə "Kişi xeylağı dözümlü olmalıdı" yüklənmək gələcək psixoloji vəziyytə üçün yaxşı nəticə vermir. Hər şeyin bir ölçüsü var. İnsan həddindən ziyadə çiyinlərinə yük götürməməlidir.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəli Sizinlə razıyam. ALLAH hər şeyi mükəmməl yaratmışdır. Eləcə də insanı.Bu mükəmməlliyə nəzərən insanın aşa bilməyəcəyi maneə yoxdur.(Təbii ki ALLAHIN izni ilə) Sadəcə maneəni aşmaq üsullarında biraz diqqətli olarsa, hər şey qaydasında gedə bilər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
İşiniz çətindir 🥺
steemitdə sizədə uğurlarr
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit